Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb

660 | 2025-03-30 09:35

Yaponiya ABŞ-nin Çinin artan təsirinə qarşı əsas müttəfiqi olub.

Adalet.az “Kyodo”ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Tokioda yaponiyalı həmkarı Qen Nakatani ilə danışıqlar zamanı bildirib.

“Yaponiya Çin tərəfindən təcavüzkar hərəkətlərin qarşısını almaqda bizim əsas tərəfdaşımızdır”, – Heqset vurğulayıb.

Nakatani öz növbəsində qeyd edib ki, ölkələr “azad və açıq Hind-Sakit okean regionu” yaratmaq üçün birgə işi davam etdirəcəklər.

Danışıqlar Heqsetin nazir vəzifəsinə təyin olunmasından sonra müdafiə qurumları başçılarının ilk üz-üzə görüşü olub.

TƏQVİM / ARXİV