Bu dəfə bahar gözəl bir aya- Ramazana təsadüf edir. Onsuz da biz həmişə baharı, daha doğrusu, Novruzu böyük sevgiyə qarşılamışıq! Min illərdir ki, belə olur və bundan sonra da təbii ki, elə belə də olacaq...
... İndi hər iki gözəl bayram artıq qapımızı döyür. Qar altından baş qaldıran çiçək də sevinir. Sevinir ki, daha onu qar , şaxta, soyuq üşütməyəcək və günəşinin şəfəqlərindən nur alıb bir qədər böyüyəcək! Ramazanda Oruc tutanlar bu gün daha çoxdur. Allah onların oruclarını qəbul etsin! Yel çərşənbəsində yaxın dostumuz və qardaşımız, böyük ziyalı, vətənpərvər insan İlham Əliyevə telefon açıb çərşənbə bayramını təbrik etdik. Dedi ki, təbrikə görə çox sağolun. İndi iftar süfrəsində əyləşmişik, bir azdan sizinlə əlaqə yaradaram! Biz də dedik ki, Allah orucunuzu qəbul eləsin! İlham qardaşımız Qubadlı rayonundandır.
Çox vətənpərvər , mərhəmətli, qəlbində Allah sevgisi olan bir ziyalıdır. Birinci və İkinci Qarabağ savaşında döyüşən əsgərlərimizə, oğullarımıza maddi dəstək olub. Çətin vəziyyətdə olan insanlara arxa durub. Bu da təsadüfi deyildir, çünki İlham müəllim Qubadlının çox tanınan, sayılıb- seçilən bir nəsilin, ailənin övladıdır. Və həmişə də ürəyi, qəlbi bu yerlərdə olub. Qubadlı azad olunandan sonra ora gedən və qolunu çıxmayıb iş görən insanlarından biridir, desək, yanılmarıq! Bir dəfə Kəlbəcərdən bizə bir neçə gözəl görüntülər göndərmişdir. Hələ də onun səsi bizim qulaqlarımızdadır:"
Bu güllərə, çiçəklərə, otlara, yaşıllıqlara baxın! Vallah, dünyanın heç bir yerində belə gözəllik görməmişəm.Bir metr yerdə min cür gül- çiçək, ətli otlar var! Dünyanın ən gözəl yeri Kəlbəcərdir". İlham Əliyev torpaqlarımız işğaldan azad olunandan sonra orda gedən tikinti - quruculuq işlərində bir iş adamı kimi yaxından iştirak edir. O, başqaları kimi dildə" Vətən, səni sevirəm, demir". O,bu sevgini əməlində göstərir. Bir neçə ay bundan əvvəl onu Onu Türkiyəyə Ankaraya Mustafa Kamal Atatürkün anım mərasiminə dəvət eləmişdilər. İlham müəllim bu tədbirdə də yüksək səviyyədə iştirak etmiş,Mustafa Kamal Atatürkə və türk dünyasına olan böyük sevgisini əməli işi ilə göstərmişdir.
Başqasın deyə bilmərik, İlham müəllim tək Ramazanda deyil, on bir ayın hər birində orucdur.Çünki o, heç kimin paxıllığın çəkməz, qiybətin eləməz, pisliyin istəməz, əksinə yıxılanı ayağa qaldırar, acları doydurar, ağlar gözlərin yaşın silər, çətin durumda olan insanlara arxa durar! Bax ,əsil oruc tutmaq belə olar.Bu işləri görmək üçünsə, insanda , böyük ürək, təmiz qəlb olmalıdır.
İlham qardaşımızın ürəyi və qəlbi isə dünya boydadır. Allah orucunuzu qəbul eləsin, bizim qardaşımız və nə yaxşı dünyamızda sizin kimi işıqlı, nurlu insanlar var!