QƏLƏBƏ  SÜKUTU - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1872 | 2024-02-26 12:09

Nurəngiz  Günün "Xocalı Sinfoniyası"-ından  bu  günümüzə...

Tarixin elə günü  var ki, onu görməmək, duymamaq, onu bütünlüklə canından, qanından keçirməmək  mümkün deyil. Belə günlər daha çox faciə və qələbəylə bağlı olur. Birində dərdin  basqısı daha çox gəlir, birində sevincin həmləsi...   dərd sinfoniyasına çevrilib. Təqvimdə həmin günlər qapını döyməyə başlayanda, o  sinfoniya bizi bütünlüklə bürüyür, biz onun aurasından çıxa bilmirik. Ona görəki, biz ona bələnmişik, o da bizə hopub. Bir insan olaraq, bir Allah bəndəsi   olaraq cismimizi nə qədər kənara çəkmək istəsək də, ruhumuz o dərdsinfoniyasının notu üzərindədi... Və elə köklənib ki, ritmlər ruha rahatlıq  vermir... Biz dərd sinfoniyasını dinləyirik, yaşayırıq...

Tariximizin  qanla boyumuza biçilən həmin iki günün birinin adı 20 Yanvar, digərinin adıXocalıdı!.. Daha dəqiq ifadə etsəm, Xocalı qətliamıdı. 32 yaşı olan bu qətliamın  detallarını xardalamaq, yandırılan evləri, süngüyə keçirilən bədənlərin, göylərə   yüksələn fəryadların və bir də 32  ildi içimizə daman göz yaşlarının mənasını,ifadəsini yazmaq, təkrarlamaq istəmirəm. Ona görə yox ki, ağlamaqdan,sızıldamaqdan, qanlı dərd köynəyini sıxıb quruda bilməməkdən yorulmuşam. Xeyr  Ona görə ki, o dərd millidi... o qətliam Azərbaycan donludu, Azərbaycan  biçimlidi. Və onun Azərbaycanın qanından, canından, varlığından elə Azərbaycan  özü çıxaracaq və çıxarmalıdı idi!!!! Çünki həmin dərdimizin kifayət qədər sözlə  ifadəsi var. Həmin ifadələrin hər birinin sonunda da Azərbaycanın haqqı, ədaləti  və qələbəsi birmənalı şəkildə ifadə edilibdi...

Mən isə oxuduğum  həmin o sözdən yoğrulmuş, sözə hopmuş Xocalı qətliamının ən möhtəşəm ifadəsini   Nurəngiz Günün "Xocalı Sinfoniyası"nda tapmışam. Ona görə də özümün  şahidi və iştirakçısı olduğum yurd nisgilimin, qaralan ocağımın, sovrulan  külümün ağısının və şəhid doğmalarımın narahat ruhlarının nələr yaşadığını, nələr  dediyini bir kənara qoyub o dərdi öz köynəyindən keçirən, öz qələmiylə öz ürəyinə   yazan bir xanım yazarın sözünə sığınıram. Bu azərbaycanlı xanımın Azərbaycan dərdini,Xocalı qətliamının fonunda sinfoniyaya çevirmək qüdrətinə heyrət və sevgimi gizlətmədən qoşulub  sinfoniyanın sədalarına  qayıdıram... Qayıdıram Bakıdan üzü Qarabağa... Qulaqlarımda səslənir:

 

Xocalım!..

Məğlubum!

Necəsən?

Yoxsa dağ çəkdi sinənə,

tarixi dilənçi -

Bəd qonşu? -dramatik

"Yazıq erməni"ilə

Məşhur qırmızı  qospodin?" -

O, Qospodin! nə  nazik

Əndişədə  olmuşdur

Köhnə  sovet humanisti? -

Motoatıcı  daşıyan

Kütləvi  qırğın maşını? -

"Möhtəşəm"bir alay!!!

 

Bu  misralar təkcə qəzəb deyil... təkcə içdəki yanğını ifadə etmək deyil. Bu  misralar həm də gerçəyi birbaşa, ütüsüz, çəkinmədən, necə var elə - çılğaça şəkildə  deməkdi, bəyan etməkdi. Bu, BMT qətnaməsi deyil!.. Bu, ATƏT bəyanatı deyil!..Bu, həqiqəti öz adıyla hər kəsə söyləmək, pıçıldamaq hayqırmaqdı. Bu həm də Tanrının bildiyini Tanrının  özünə xatırlatmaqdı. Yəni Nurəngiz Gün bir yazar olaraq Tanrıya səslənir:

 

İlahi!

Kömək ol! O təkdi!..

Anadır...

Tək qalıb...

Torpağın üstündə...

Biçarədir...

O, o cür köməksiz,o cür

mühti ki!..

O, ruhdur!..

Güc gəlib  torpağa...

Lağımlar,yarğanlar incidib...

O  necə də sinirli, sehrli

Gəlmişki, laylasını üst

qatda  oxusun...

 

Məncə  övladının qətlini, süngüyə keçirildiyini görən ananın hansı durumda olduğunu təsviretmək, göz önündə canlandırmaq üçün bu misraları bir kətan üzərinə işarələr  kimi köçürmək kifayət edər. Onda həmin tablo yaranacaq, onda həmin rəsmi görəcəyik  və övladına yerin altında layla çalan ananın səsi yerin özünü o səs çatan   hündürlüyə qaldıracaqdır!..

Bu  məqamda da sakitləşməyən ananın yarasını ovutmaq, göz yaşına qoşulmaq, fəryadına  içindəki sızıltıları qatmaq bir daxili ehtiyaca, bir vətəndaş borcuna və nəhayət,ən əsası isə bir İNSANlıq missiyasına çevrilir. Sən laqeyd qala bilmirsən və səni  laqeyd qalmağa qoymayan amillərin içərisində sən Nurəngiz Günün də səsini  eşidirsən. Nurəngiz xanım deyir:

 

İlahi,təskin et!..

Sən  onlara səma

nəğmələr  igöndər,

təsəllisən...

Yox,rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağın  altında dip-diri

Ölülər  var

Diksinə  bilər Onlar...

Alt-üst  etmə torpağı

Ey  rüzgar

Onlar   onsuz da yazıq!

Tələfolubdu Onlar!

 

Yerin  üstündə canlı saydığımız, insan bildiyimiz, anketlərdə insan kimi göstərdiyimiz   erməni qonşumuz qırmızı qospodinlərin 366-cı motoatıcı alayın əliylə, köməyilə,yardımıya, hətta yönəltməsiylə törətdikləri qətliamın fərqinə varmadan həyasızcasına  öz "yazıqlığını" dünyaya sırımaqda, "yedirtməkdə" davam   edir. İkili standartların ətəyini buraxmayanlar bu "köməksiz  yazıqların" dünyaya fahişəliyi gətirənlərin "göz yaşına" dəsmal   tutur. Amma həqiqətin ağzını tıxamaqla susdurmağı da unutmur. Lakin bu məqamda  gerçəyin gücü qarşısında titrəyir və yavaş-yavaş geri çəkilməli olur. 32  ildirki, biz Xocalı qətliamı önündə addım-addım da olsa geri çəkilmələri müşahidə  edirik. Burda dövlət siyasətinin, milli mücadilənin fonunda bir Nurəngiz Gün fəryadıda öz içini görməkdədi. Axı o, üzünü hər kəsə, hətta cansız olanlara da tutub  eyir; özü də qətiyyətlə, bir sinfoniyanın qətiyyəti kimi ən yüksək notda dilə   gətirir bunu. Deyir ki:

 

Və  son nəqarət,

Epiloq  kimi O,

Elə  hey hayqırsın:

Cavabdehsiz!

Cavabdehsiz,Cavabdehsiz,

Cavabdehsiz  belində hərb gəzdirən

Cahanşümül  Şümürlər!

 

Düşünürəm ki, kimin cavabdeh olduğunu, kimin Tanrı və ədalət məhkəməsi önündə diz çökəcəyibu hayqırtıdan bəllidir. Və o da bəllidirki, Xocalı sinfoniyası kədərin məğlubiyyətidir... Göz yaşının bitib tükənəcəyinə  yüklənmiş duyğuların misralanmış formasıdır.

Və  nəhayət, Xocalı qətliamı günü "Xocalı sinfoniyası" şəhidlərimizə Nurəngiz  Günün ağısı, laylası və bir də bu kədərin  məğlub olacağına ucaltdığı abidədir.

P,S, Bəli , 44 günlük  VƏTƏN SAVAŞININ  Böyük  ZƏFƏRİ, 24 saatlıq antiterror  əməliyatının Və NİDA!-sı  bütün dünyaya Ali Baş Komandanın Dəmir Yumruğunun, Azərbaycan Əsgərinin Qəhrəmanlıq səlnaməsinin və Azərbaycan xalqının Yenilməzliyinin bütün cizgilərini, detallarını, məqamlarını  birmənalı  göstərdi! Bu ZƏFƏR mərhum şairimiz Nurəngiz Günün də RUHUNU SEVİNDİRDİ! Onun öncədən duyub, inanıb sinfoniyaya  çevirdiyi Haqqın ZƏFƏRİ  həqiqət oldu! Ona  görə də  bu  gün Xocalı  abidəsi  önündə qürurla sükut  edirik- QƏLƏBƏ , QİSAS SÜKUTU!

TƏQVİM / ARXİV