Qələbəmizə görə infarkt keçirən keşiş Parqevi  ABŞ-a qaçıran SƏBƏBLƏR

636 | 2023-05-10 15:39

Azərbaycanın Qarabağ İqtisadi rayonunda yaradılmış separatçı rejimində özünü “Qarabağ ermənilərinin dini lideri, arxiyepiskop Pargev” kimi qələmə verən və bu ad altında saysız cinayətlər törədən terrorçu keşiş Qurgen Martirosyanla bağlı erməni mediası təəssüf dolu xəbərlər dərc eləməkdədir.


Adalet.az xəbər verir ki, Qurgen (Pargev) Martirosyan adı Azərbaycan vətəndaşlarına çox tanışdır. Sumqayıt şəhərində doğulub, boya-başa çatan, Azərbaycana qarşı nifrətini xain əməlləri ilə təsdiq etməsindən sonra ilanlar yuvasına dönmüş Xankəndiyə (Stepanakert) gedib.
İşğalçı Rusiya ordusunun köməkliyi ilə Qarabağı işğal edən ermənilər kimi o da qədim yurdlarımızdan izlərimizi silmək üçün namərd hərəkətlərə yol verdi. Məsələn, 1992-ci ildə Şuşa işğal olunandan sonra Şuşadakı qədim Azərbaycan abidələrinin ərəbcə yazısını silərək ora erməni dilində yazılar yazdırdı, xaç işarəsi qoydurdu.


Daha sonra tanınmış erməni bloqer və jurnalist Roman Baqdasaryan öz sosial şəbəkə hesabında video yayaraq separatçı ruhanini ifşa etdi:” 1992-ci ildə Şuşa ələ keçiriləndə keşiş Parqev şəhərdəki mənzillərin kimlərə verilməsinə qərar verirdi. Sən, keşiş, azərbaycanlıların mənzillərinə soxularaq onları necə gəldi paylaya bilərsən?! Sən kimsən ki, azərbaycanlıların evlərini paylayırsan? Ona iki otaqlı, buna üçotaqlı mənzil..”.
Ümumiyyətlə, türk irqinə nifrətlə doğulan və yaşayan Martirosyanın Qarabağdakı murdar fəaliyyəti 2020-ci ilə qədər davam etdi.
Bu müddətdə kifayət qədər cinayətə imza atdı, separatçılıq etdi, Azərbaycana qarşı düşmənçilik etdi. 2020-ci ildə 44 günlük müharibədə Qarabağdakı Ermənistanın məğlubiyyətindən sonra ürək infarktı keçirən keşiş İrəvanda olan xəstəxanaların birinə yerləşdirildi və sonra işinə bərpa ola bilmədi. Martirosyan yerli xəstəxanalarda sağalmadığını bəhanə gətirərək ABŞ-a müalicəyə getdiyini deyib aradan çıxdı. ABŞ-dan Qarabağdakı hadisələri izləyən keşiş geri qayıtmağı artıq özünə rəva bilmir. “Yaşıl kart” qazanaraq ölənə qədər ABŞ-da qalmağı niyyətlidir.
Çünki, Qarabağa yenidən dönməklə Azərbaycanın onu 30 illik pozucu əməllərinə görə cəzalandıracağını yaxşı bilir. Odur ki, separatçılarla birlikdə Azərbaycan Respublikasının məhkəmə və prokurorluq orqanlarının qarşısında cavab verməy gözə alıb geri dönməyəcək.

Qeyd edək ki, Parqev Martirosyan 1954-cü ilin 20 mart tarixində Azərbaycan SSR-nin Sumqayıt şəhərində Qurqen Martirosyan adı ilə anadan olub. Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindəndir. Ailə 1966-cı ildə İrəvan şəhərinə köçüb.


Erməni mediası onu xalqını sevən biri kimi dəyərləndirir: 1976-cı ildə İrəvan Dövlət Dillər Universitetini bitirən Parqev təyinatla Armavir mərzinə bağlı və əsasən yezidi kürdlərin yaşadığı Qamışlı kəndinə rus dili müəllimi göndərilib.
Daha sonra Sovet ordusuna xidmətə yollanır və tərxis olduqdan sonra 2 il müddətində Ermənistan Sənaye Nazirliyində çalışıb. O, 1980-ci ildə din xadimi olmağa qərar verir və bu səbəbdən Eçmiədzin şəhərində yerləşən Qevorkiyan adına teologiya məktəbinə daxil olur. 1983-cü ildə həmin seminariyadan diakon rütbəsi əldə edir. 1984-cü ildə Qevorkiyan Teologiya Seminariyasını bitirərək Sankt-Peterburq Teologiya Akademiyasına yollanır və oranı da 1986-cı ildə bitirir.
Böyük Britaniya Lordlar palatasının üzvü və keçmiş vitse-prezidenti, erməni diasporuna yaxınlığı ilə bilinən Baronessa Karolina Koks, Martirosyan haqqında danışarkən əhəmiyyətli dərəcədə ağıllı, intellekt sahibi və ən əsası inanclı bir şəxsdir ifadələrini işlətdib.


1985-ci ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib olaraq qəbul olunub və Parqev adı verilib. 1987-ci ilin aprel ayında vardapet seçilib. Qevorkiyan Teologiya Seminariyasında müəllim kimi çalışan Martirosyan eyni zamanda Sankt-Peterburq Teologiya Akademiyasında da doktorantura təhsilini tamamlayıb. Bu tarixdən sonra bir müddət Müqəddəs Ripsime kilsəsində baş rahib kimi çalışıb. 1988-ci ilin noyabr ayında Erməni Qriqoryan Kilsəsinin rəhbəri I Vazgen tərəfindən yepiskop rütbəsi verilməklə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri vəzifəsinə təyin olunub. Həmin tarixdən etibarən eyni vəzifəni icra etməkdədir. 1999-cu ildə I Qaregin tərəfindən Arxiyepiskop ali-dini rütbəsi verilib.
Parqev Martirosyan teologiya mövzusunda yazılmış üç kitabın və bir necə məqalənin müəllifidir. Şotakan Karate üzrə I dan qara kəmər sahibi olan Parqev, eyni zamanda Ermənistan Karate Federasiyasının fəxri prezidentidir. Rus və ingilis dillərini sərbəst bilir.
P.S.Parqev istər keşiş olsun, istər "diakon" rütbəsi əldə etsin, istər Baranessa Koksdan min cür tərif alsın, nəhayətində o bir ermənidir, bir separatçı və türk düşmənidir!


Əntiqə Rəşid

TƏQVİM / ARXİV