Qərb şeytanları dünyanı fəlakətə sürükləyir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
434 | 2024-09-20 10:34

Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutsiki bəyan edib ki, Avropa Parlamentinin Kiyevə Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsiylə bağlı məhdufiyyətlərin götürülməsini təsdiq etməsi, üçüncü dünya müharibəsinin başlaması təhlükəsi yaradır.

 "Avropa parlamenti tərəfindən qəbul olunan qətnamə təsdiq edir ki, Qərb aqresiv rusofobiya kursu götürüb və üçüncü dünya müharibəsinin başlaması təhlükəsini qızışdırır, həmçinin nüvə münaqişəsi riskini artırır"- deyə Slutski bildirib.

 Rusiyalı parlamentari qeyd edib ki, Avroparlamentin üzvləri faciəvi nəticələri dərk etməlidirlər. Slutski, həmçinin Avroparlamentin qətnaməsinin məsləhət xarakteri daşıdığını bildirərək, onun hələlik "Köhnə Dünyanı" xilas etdiyini bəyan edib.

 Xatırladırıq ki, Kiyevə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirilməsiylə bağlı, avroparlamentin çağırış etmələri əvvəldən də məlum idi. Qəbul edilən sənəddə qeyd olunur ki, "Ukraynaya verilən qərb silah sistemlərindən, Rusiyanın hərbi hədəflərinə qarşı istifadə edilməsiylə bağlı məhdudiyyətlər təcili olaraq aradan qaldırılmalıdır". 

 Bu qətnamənin qəbul edilməsinə 425 deputat leyhinə, 131 deputat isə əleyhinə səs verib, 63 nəfər bitərəf qalıb. 

 Qərb silahlarından Rusiya ərazilərinə zərbələr endirilməsi, əslində üçüncü dünya müharibəsinin başlamasına start verə bilər.  Etiraf olunmasa da, bu müharibə artıq çoxdan başlayıb və onun nüvə müharibəsinə çevrilməsi təhlükəsi hər an artır. 

  ABŞ və Qərb hərbi qüvvələrinin müharibədə iştirak etməsini dansa da, heç kimə sirr deyil ki, onların hərbiçiləri muzdlu əsgər kimi, bu döyüşlərdə həm hərbi məsləhətçilər kimi, həm də sıravi əsgər kimi iştirak edirlər. Bundan başqa, Ukraynanın hərbi qüvvələri demək olar ki, tam olaraq  qərb silah-sursatları ilə müharibə aparırlar. 

  Görünən odur ki, avropa cəmiyyətinin siyasi sinfi bu gün ciddi "xəstədir" və bu xəstəlik təkcə avropa, amerika, ukrayna və rusiya vətəndaşlarının deyil, bütün dünya vətəndaşlarının həyatları və sağlamlıqları üçün təhlükə yaradırlar.  

  Qərb şeytanları qətiyyən üzaqgörən deyil, həm də çox təhlükəli, dünyanı faciəyə aparan siyasət ardınca düşüblər...

 

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV