Qazaxıstanın Aktau şəhərində AZAL təyyarəsinin qəza yerində foto və video çəkiliş aparan bloger Azamat Sarsenbayevə on sutka inzibati həbs cəzası verilib.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, blogerin vəkili Aybek Süyündükovun məlumatına görə, Sarsenbayevə verilən cəza, "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama" (Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 667-ci maddəsinin 1-ci hissəsi) əsasında təyin olunub.
Polis bildirib ki, Sarsenbayev ictimai asayişi pozub və qəza yerində dron uçuraraq xilasetmə xidmətləri və istintaq tədbirlərinin işinə mane olub, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysi həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub, enişə icazə verilmədiyi üçün Aktau limanına yönəlib və orada qəza baş verib. Sarsenbayev 25 dekabrda saxlanılıb və bu barədə özünün sosial şəbəkə səhifəsində məlumat verib./Milli.az