Bu günlərədə Sərdar Cəlaloğlunun internet televiziyasına bir çıxışına baxdım. Azərbaycanın çox istedadlı,bizim tanımadığımız, amma dünyaca məşhur olan bir alimi, bir ziyalısı haqqında danışırdı.
Sərdar bəy dedi ki, ötən əsrin 90- çı illərinin əvvəlləri idi. Otağımda əyləşmişdim, bir də gördüm qapı döyüldü və içəri beli əyilmiş 70 yaşlarında bir kişi daxil oldu. O vaxtlar bizə çox imkansız adamlar mürəciət edirdi və bizim də elə bir maddi imkanımız yox idi ki, onlara kömək edək.Düşündüm ki, bu yaşlı adam da yəqin bizdən kömək istəyir. Amma onu dinləyəndən sonra hər şey aydınlaşdı.
Məlum oldu ki, bir kitab yazıb onu satmaq istəyir. Özü də kitabı rus dilində yazıb.Kitaba baxdım, vərəqlədim, çox xoşuma gəldi.Kitabın adı belə idi:" Erməniçilik" . Və kitab ermənilər haqqında, onların iç üzünün açılması, dünayda ifşa olunması, namərdlikləri barədə ən yaxşı və unikal bir tarixi mənbədi. Təkcə bu kitab bəs eləyir ki, ermənilər dünyada ifşa olunsun. Kitabın birini alıb, axıra qədər oxudum. Və bu qənaətə gəldim ki, heç bir elmlər doktoru, heç bir professor, heç bir akademik ermənilərin tarixi və onların iç üzünü açan belə dəyərli kitab ərsəyə gətirməyib.Sonradan kitabın müəllifi Saleh Hacıyevi tapıb bir dəfə 200-ün, bir dəfə də 50- ni aldım.
Xaricə səfər edəndə senatorlara, konqresmenlərə, səfirliklərin nümayəndələrinə payladım. Amma indi gəlin görək, bu dünyaşöhrətli alimi Azərbaycanda kütlə tanımır. Mən bir jurnalist olaraq , bir çox ziyalılar və alimlər arasında sorğu apardım. Kütlənin onu tanımamağı bir yana, tanınmış şəxslərın onu tanımaması bir millət olaraq bizim faciəmizdir.
Saleh Hacıyev barəsində araşdırma apardıq. Öyrəndik ki, bu dünyaşöhrətli alim Şuşada anadan olub. Uşaqlığı çox çətin və məşəqqətli keçib. Əbdürrəhim bəy Haqverdiyevin qohumu imiş. Və gənc yaşlarında qarşılaşdığı çətinliklərdən bezib, Orta Asiya respublikalarından birinə gedir. Orda əvvəl kimyadan müdafiə edərək, elmlər doktoru, sonra da fizikadan müdafiə edərək elmlər doktoru olur və professor vəzifəsində işləyir. Alman və rus dillərini gözəl bilir. Almaniya universitetlərində alman dilində mühazirələr oxuyur. Sonradan ingilis dilini də oyərnir. Onun yazdığı dərslikdən bu gün də ABS- ın məşhur Universitetində geniş istifadə edilir. Saleh Hacıyevin xarici ölkələrdə çap olunmuş yüzlərlə elmi məqaləsi var. O, 90- çı illərin əvvəllərində Qarabağ müharibəsi başlayan kimi, hər cür şəraitini atıb , kömək üçün Vətənə dönür və bir ziyalı, bir alim kimi tarixi, unikal kitabları yazır.
Amma onun da ömrü Hadinin, Şirvaninin, Sabirin həyatı kimi çox pis keçir. İki otaqlı bir mənzildə yaşayır və ora yağış damır, imkanı olmur ki, evini təmir etdirsin. Amma belə şəraitdə o, bir- birindən gözəl elmi əsərlər yazır. Və " Dünyanın taleyi" kitabını ortaya qoyur. Günlərin bir günündə dünyasın dəyişir. Belə böyük alimin , ziyalının hansı qəbiristanlıqda dəfn edildiyi bilinmir. Bu da xalqa, elmə xidmət etməyin sonu.Bu dünyada Saleh Hacıyevə yer olmadı, ancaq o dünyada onun yeri Cənnətdir. Və belə təmiz adamların dostu insanlar deyil, Allah olur!!!