QIRMIZI KART - İradə Tuncay yazır

İRADƏ TUNCAY
5596 | 2024-03-19 20:11

Sahədə  ora –bura qaçan qara –qura  oğlanlara baxıram - qara olmaqlarına  baxmayım ,hərəsinin  neçə milyon qiyməti var. Vaxtilə babalarını uzaq  ölkələrdən  gətiriblər rahat  ölkələrə  ,yəni qul  kimi  gətiriblər, amma indi  olublar ağa . Futbol  oyundu  ,amma  qladiator  savaşları  hər  zaman  olub da. Futbolda “tamaşa və çörək” prinsiplərini  davam  etdirən ,əvvəllər  ağacdan  sarı bananları yığıb qarnını doyuran bu  qara oğlanların indi  vəziyyəti  çox  dəyişib. Ağaları  dəyişib çünki...

Prinsiplər dəyişib çünki,dünyanın görkəmi  azacıq dəyişib. Hollywoodun  zənci  ulduzlarına  qara  demək  olar ??? Adamın gözün çıxararlar. İndi  futbolda da  qaralar  ulduzdu da. Niyə  əsəbləşirsizki? Futbol  olmayan ölkədə  bir  komanda  Avropaya  gedib çıxıb . Həmin  Avropada komandalardakı  qaraların  sayı  necədi?  Onlar hardan  gəliblər?  Banişevski  deyirsiz. Onlara da sarıqulaq deyirdiniz də...

Baleti kim  yaradıb, kinonu  kim  yaradıb,teatr  hardan  gəlib ? Olmasın  indi ? Özünüz  ordakı  hakimlərdən betərsiz...Qırmızı  kart  hər zaman  əlinizdə. 

Hər   zaman   fərdlər , şəxsiyyətlər güclü  olub  bizim  məmıəkətdə . Onlar  daşıyıb çiyinlərində  tarixi.  Hardasa  başlanmış  tarixi  inkişaf etdirə  biliblər.  Fərd  olanlar ,şəxsiyyət  olanlar. Amma  fərd   ola  bilənlərin  ağırdı  işi ---  bizim  məmləkətdə şəxsiyyət  olanlara   qırmızı  kart  var. Amanın  günüdü  birdən  futbolda  milyonluq  oyunçular  oldu ???   

Bura qəribə bir yerdi. Burada müxtəlif psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə, məkr, qul düşüncəsi türk etnosunun qan yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir. Çətinə düşəndə təzim eləyənlər, ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq umusunda olurlar. 

Əslində bizim hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə qədər öyrənməyə çalışsaq da, elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da, okeanların dibinə enməyə cəhd eləsək də, biz həyatın yaranması, insan övladının bu günə qədər keçdiyi yol, dünyanın sirləri haqqında dəqiq heç nə bilmirik. Nə qədər oxusaq da, axtardığımız çox suallara cavab tapa bilmirik. Din kitabları bir söz deyir, elm kitabları başqa söz, nəyə inanacağımızı müəyyən eləmək çətindir. Elmi nəzəriyyələrəmi, dini ehkamlaramı? Öz adımdan danışım - yaşım artdıqca cavab tapa bilmədiyim sualların sayı artır. Amma din kitablarında inandığım bir fikir var - "Elə hikmətlər var ki, onların dalınca getməyin, çünki sirri Xudadır”.

Yəqin elə buna görə də izah eləmək olmur. Allah hamını bərabər yaradıbsa niyə irqlərə, millətlərə ayırıb? Niyə bu irqlərin bəziləri elə yarandığı ilk dövrlərin bəsitliyi ilə bu gün də mövcudluğunu davam etdirir? Niyə digərləri kosmosdakı evlərinin illüminatorundan Afrika cəngəlliklərindəki insan övladlarının tonqalətrafı rəqslərinə tamaşa edir? Onların insan olduğuna kimsə şübhə eləmir. Amma yuxarıda onlara baxanlar da insandır. Niyə belə fərqlənirlər?

Fərqlənmək  istəyiniz  varsa fərdlərə  savaş  açmayın!!!  

Futbolçu  yarada  bilən  fərd  yetişib  içimizdə !!! Avropadan  gələn və burda   Qurbanın  yetişdirdiyi  oğlanlar  Avropada  oynaya  bilmirlər --- müəllim  yoxdu. Müəllim  yetişib  içimizdə  !!!  Niyə  viran  qoyursuz ???  

Dublyaj  üçün  səs  tapılmıree .... Bütün  filmlərə  baxanda  elə  bilirsən  eyni  filmdi .... Müəllimi  yoxdu  bu  sahənin də.  
Hər yaşam mərhələsinin öz mənzərəsi var. Və zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn parlaq, ya da solğun rənglər içində yaşatdıqlarının nə qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni? Yəqin əsas sual budu – kimlər?

Və hər dəfə bir mərhələdən o birinə qədəm qoyanda, özünə verdiyin sözü tuta bilməyəndə, həyatına yeni-yeni insanlar daxil olanda bu çək-çevirin içində dörd istiqamətə baxa-baxa düşünürsən – qurulanlar dağılır, bəs kimlər bu viranənin altından salamat çıxacaq? Sən özün qərar verəcəksən ömür adlanan bu zəlzələnin sonrakı yaşamzədələri kim olacaq deyə... Bəzən itirdiklərinə təəssüf, bəzən də oxqay hissi ilə. Amma yeniliklərin qarşısını ala bilmərik... Gələn gələcək, olan olacaq...

Gizlədin  QIRMIZI  KARTI !!!   Çirkli palan  içi  tökən  TV-lərimizə  göstərin  ,  bizə  azacıq   sevinc  yaradanlarımıza  yox ....  
Bir az fikirləşək bəlkə niyə belə oldu axı?

İnternetin,sosial şəbəkələrin imkanlarından öz xeyirlərinə istifadə edildi,öz mənafelərini qorumaq naminə istifadə edildi. Dövlət mənafeyi naminə yox. Dövlətin içində olan adamlarda dövlət anlayışı bu şəkildədisə sıradan adamlardan nə gözləyək?

Hörməti olan bir adam qoymadılar qalsın. İndi narazılıq edirik...Təbii nəticə bu olmalı deyildimi?

Mətbuat milliləşdirilməydi !!!! Özəlləşdirilməli deyildi. Və indi şəbəkələrin qarşısında bu aciz vəziyyət... Qırmızı  kartı  öz  düşüncəsizliyimizə !!! 
 

 

TƏQVİM / ARXİV