Bizimkilər qəlyan çəkir... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
519 | 2024-09-18 16:55

Deyirlər ki, hər bir millət qabağa gedir, ancaq biz yerində  sayırıq...

Məsələn, başqa millətlər kosmosa, Aya uçur və gündə bir şey kəşf edirlər. Bizsə, qarnımızı doldurur, gündə neçə araq içməyimizlə öyünür, üç qab xaş  yeməklə  fəxr edirik. Başqa millətlər bir -birilə yaxşılıq eləmək yarışına çıxır, bizsə, pislik eləməyə...

Bir sözlə, ev yıxmaqda, badalaq atmaqda,  qiybət eləməkdə tayımız, bərabərimiz  yoxdu...

Bəlkə var? Deyin, bilək.

Dostum Əlabbas  müəllim deyir ki, yayda  hər gün Novxanı  çimərliyinə  gedirmiş.

Gedib və orda qəribə  əhvalatlar görüb.

Nə görüb Əlabbas qardaşımız?

O, görüb ki, dənizdə çiməndən sonra əcnəbilər sahilə  çıxır, özlərini quma basdırır və kitab oxuyurlar. Uşaqları da ədəb-ərkanla oturub onların yanında dədələri  elədiklərini təkrarlayır...

Bizimkilərdən, dənizdən çıxıb, qəlyan çəkir, yemək yeyib, araq içir və ucadan qışqırırlar... Uşaqları isə isə qumun üstündə ora- bura qaçır və pis- pis söyüşlər söyür.

Və elə həmin an yadıma Üzeyir Hacıbəyovun bir  məqaləsi düşdü.

Orada bir söyüş söyən uşaqdan soruşurlar ki, söyüşü kimdən öyrəndin?

O da deyir ki, atamdan! Neçə? Atam nə söyüş söyürdü, yadımda saxlayırdım!

Tay biz nədən küsüruk, qardaş!

O kişi və o uşaqlar da Üzeyir bəyin təsvir etdiyi adamın nəvə- nəticəsidir. Bax, belə- belə işlər, dostum Əlabbas müəllim! Hər şeyi ürəyinə atıb, qəm eləmə.Çünki biz həmişə belə olmuşuq və belə də olacağıq.

Heç düzələn deyilik!...

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV