RAMİL USUBOV YANAŞMASI - MAHİR QABİLOĞLU yazır

MAHİR QABİLOĞLU
97363 | 2019-05-02 17:49

Deyirlər ki, nazir Ramil Usubov jurnalistlərin tərif yazılarınısevmir. Təbiidir. Çünki kənardan bu cür yazılar sifariş xarakterli görünür. Məndə atamın dostu saydığım Ramil müəllim haqqındabir neçə yazı yazmışam. İçində tənqid yoxdur. İçində tərif də yoxdur.Sadəcə yazılan fikirlər ona layiqdir. O ki qaldı tənqidə... Onu istənilən vəzifəliinsan haqqında yazmaq olar. Daha doğrusu insan yox, onun başçılıq etdiyi qurumhaqqında. Nazir Ramil Usubov da həmən reaksiya verəcək. Araşdıracaq. Haqlı tənqidolsa polislər cəzalandırılacaq. Birdən haqlı tənqid olmasa... bunu düşmənimə dəarzulamazdım.

Yazımın giriş hissəsindən belə nəticə hasil olur ki, nazir Ramil Usubovtərifi sevmir. Tənqidə isə diqqətlidir. Amma atam Qabilin bir sözü vardı –insanı müsbət emosiya yaşadır. Bunun əksini ifadə etməyimə isə ehtiyac yoxdur.Sadəcə, zəmanə elə zəmanədir ki, hər hansı yüksək vəzifəli haqqında bir xoş sözyazanda, yaxud da ki, yubileyini təbrik edəndə, ağzıgöyçəklər buna xüsusi dongeydirirlər: imkanı var, vəzifəlidir, təşkil elətdirib, özünü təriflədib.

Mən Mahir Qabiloğlu da jurnalistikada köhnə olduğumdan bu nüanslarıçox gözəl bilirəm. Ona görə də Ramil müəllimhaqqında yazanda Ayın görünən tərəfini məhdud şəkildə, ehtiyatlaişıqlandırıram. Düzdür digər görünən və ya görünməyən tərəfləri də yazıram.Amma ictimailəşdirmirəm. Atıram "sandığ”a.

İllər əvvəl qonşumuz, Yusif Vəzir Çəmənzəminlinin oğlu Orxanın atamhaqqında dediyi sözləri heç yaddan çıxartmıram. O deyirdi ki, "Qabil, səninfarktdan ölməyəcəksən. Çünki ürək bir akkumlyatordur. Bir tərəfdən dolanda, obiri tərəfdən boşalmalıdır. Sən də heç vaxt ürəyində söz, kin saxlamırsan. Yadeyirsən, ya da yazırsan. Akkumlyator bir tərəfdən dolanda, o yandanboşalmayanda partlayır. Yaxud da ki, dolmayanda, sadəcə boşalanda dayanır”.

Mən də yazıram. Bu il nəşr olunacaq kitabımda çap olunmayan yazılarımictimailəşdirdiklərimi üstələyir. Anons verim? Verim də... Nə deyirəm ki... Məsələn:Abel Məhərrəmov haqqında yazdığım "Alimini çaxır çəlləyində dəfn eləyən xalq”, qonşumBayram əminin 100 illiyinə yazdığım "Bayram Bayramovu bağışlamaq olarmı?” vəsairə, və ilaxır.

Bir yazım da var. Dekabrın 22-də çap edəcəkdim. Ramil müəllimin 70illik yubileyinə. Yazdım. Amma ki, saxladım. Nəvaxtsa çap etdirmək arzusuyla.

RAMİL USUBOV və İRAN

Qospitaldayam. Anam Hacıbəyim insult keçirib. Atam Qabil nazirmüavini Əsgər Ələkbərova zəng etdikdən sonra Qospitalın rəis müavini, qaynımRamiz bacısının qaynanasını reanimasiya şöbəsinə qəbul edib. Qospitalın rəisiAydın doktor da burdadır. Mamamın başına fırlanırlar – atamla birlikdə. Kənardabir şəfqət bacısı oturub. Başını yuxarı qaldırmır. Üzündən nur, ismət, abır-həyatökülür. Kədər isə bunların hamısını niqablayır. Qızı baldızım oğlu,polkovnik-leytenant, tibb elmləri namizədi Nahid Zairova göstərib, kimliyinisoruşuram. Əsəbləşir. "Bura bax, özünü yığışdır. Birdən söz-zad atarsan a ona,canını alaram. Ağlın başqalarına getməsin. Bu, şəhid qızıdır. Babası da bir ayburda yatdı. Nazirimiz Ramil Usubov gəlib baş çəkdi, hər gün maraqlanırdıonunla. Sağalda bilmədik. O zəhirmar xəstəlikdən idi. Bu qızı da nazirimiz işəgötürdü. Bərk-bərk də tapşırdı ki, gözünüz şəhid övladının üstündə olsun”.

Dinmədim. Nahidin mənim haqqımda yanlış fikrinə də münasibət bildiribözümə haqq qazandırmadım. Sadəcə susdum.

HAŞİYƏ: Dostumuz Məsiağa Məhəmmədinin 50 illik yubileyindəyik. Yemək-içmək məclisidir.O farsşünas alimdir. Şərqşünasdır. Prezident yanında Strateji Araşdırmalar Mərkəzindəişləyir. Yubiley mərasiminə yığdığı adamlar da özünə bab alimlərdir. ABŞ-ınİrana qarşı tətbiq etdiyi sanksiyalar da təzəcə qüvvəyə minib. Üzbəüz oturduğumadamlardan biri söhbət əsnasında deyir ki, ABŞ İranı heç vaxt diz çökdürə bilməyəcək.Sanksiya-manksiya boş şeydir. Maraqlı gəlirmənə. Soruşuram ki, niyə? Deyir ki, mən İranda üç il çalışmışam. İki məqam varki, bu sanksiyaları heçə endirir. Fikrini əsaslandırmağını istəyirəm. Danışır: "Günlərinbir günü bir iş yoldaşımızın atası rəhmətə getmişdi. Dəfnə getdim. Cənazəylə qəbiristanlığagirdik. Bir də gördüm ki, tabutu yerə qoydular və hamı başqa istiqamətə yolaldı. Mən də onların arxasıyca. Gəlib naməlum qəbirlərin yanında dayandılar.Fatihə surəsi oxuyub, yenidən geri qayıtdılar. Ölümüzü basdırıb qəbiristanlıqdançıxdıq. İş yoldaşlarımın birindən baş verənlər barədə soruşdum. Dedi ki, biz qəbiristanlığagedəndə birinci şəhidlərimizi ziyarət edirik. Sonra isə öz ölülərimizi. Ona görədeyirəm ki, öz şəhidinə hörmət edən xalq heç vaxt basılmaz. Bu bir... (SON)

AzTV-də işləyirəm. Sədrimiz filoloq-alim, professor, filologiya elmləridoktoru Nizami Xudiyevdir. Mən onu çox istəyirəm. Xeyirxah insandır. Onunhaqqında vəzifədən çıxandan sonra "Çörəkverən sədr” adlı yazı da yazmışam.Baxmayaraq ki, məni adi müxbirlikdən bir addım da irəli çəkməyib. Qiymətləndirməyib.

İclaslarda alim, Əməkdar elm xadimi Nizami müəllim dissertasiyamüdafiə edən işçilərini nəinki qiymətləndirirdi, əksinə, məzxərəyə qoyub,dolayırdı. Alim-jurnalistlərimiz isə dinmirdilər.

Günlərin bir günü qospitalda işləyən qohumlardan eşitdim ki, Daxiliİşlər Nazirliyi sistemində elmi iş müdafiə edənlərə hörmətlə yanaşılır. Həminadama vəzifə çinindən asılı olmayaraq bir ulduz əlavə verilir. Məsələn, əgərpolis nəfəri polkovnik-leytenant rütbəli vəzifə daşıyırsa polkovnik verilə bilər. Bu Ramil Usubovun elmə,alimə verdiyi xüsusi qiymət idi.

HAŞİYƏ: ...Məsiağa müəllimin yubiley mərasimindəki alim İranla bağlı ikincifərziyyəsini bildirir. Deyir ki, küçədə oturmuşduq. Bir də gördük ki, qapıdaadi bir maşın dayandı. Hamı tez ayağa durdu. Mənə də dedilər ki, dur ayağa. Tezmaşının qapısını açdılar. Bir nəfər sadə geyimli, uzun saqqallı, gözü eynəkliadam düşdü maşından. Onu az qaldılar ki, əllərinin üstündə binaya aparsınlar. Həmənbaşa düşdüm ki, hansısa vəzifəli şəxsdir. Hər halda Azərbaycanda belə görmüşük.Amma maşını adi maşın idi. Soruşdum ki, bu kimdir? Dedilər ki, alimdir. Məəttəlqaldım. Ona görə deyirəm ki, aliminə və şəhidinə bu cür hörmət edən xalq heçvaxt basılmaz. (SON)

Yazıram. Bilirəm ki, çap etməyəcəyəm bu yazımı. Düzgün başa düşülməz.Amma ki, yazıram. Yuxarıda qeyd etdiyim kimi, "akkumlyator”un partlamamağıüçün. Amma aprelin 29-da baş vermiş bir hadisə dörd ay əvvəl qələmə alınan buyazımın ictimailəşməsinə təkan verdi. Düz 25 il əvvəl – 29 aprel 1994-cu ildəPrezident Heydər Əliyevin FƏRMANıyla Ramil Usubov Azərbaycanın Daxili işlərnaziri təyin olunub.

"Ramil Usubov və İran” adlı yazım isə sadəcə yubiley təbrikiydi.Atam, Xalq şairi Qabil deyərdi ki, yubiley yazıları yubiley banketində – əlindəbadə yubilyarın şərəfinə deyilən sağlığa bənzəməlidir. Sırf tərif olmalıdır. Bilmirəmnə qədər atamın dediklərinə riayət etdim, ya yox... Çətin ki, ona oxşayım. Axı nə edim ki, mənim üslubum bu cürdür. Əsasisə nəticədir.

Aliminə və şəhidinə hörmətlə yanaşan Daxili İşlər naziri RamilUsubovun nazir kimi 25, atamın dostu Ramil müəllimin isə 70 yaşı mübarək!

HÖRMƏTLƏ: MAHİR QABİLOĞLU


TƏQVİM / ARXİV