ARİF ALIŞANOVUN SAĞLIĞINA

MAHİR QABİLOĞLU
24803 | 2019-01-30 12:57

Mən AzTV-də işləmişəm. Düz 11 il. Az müddət deyil.Mən orda püxtələşmişəm. Siyasi savad almışam. Həyat məktəbi keçmişəm. İnsanlarıtanımışam. AzTV-ylə bağlı yazılarım – xatirələrim də var. Bir çoxunda sədr Alışanovda baş qəhrəmanım olub. Amma vəzifədən çıxandan sonra...

Ataların bir misalı var: "Yıxılan ağaca balta vurançox olur”. Ataların başqa bir misalı da var: "Ölənin dalıyca danışmazlar”. Çoxbelə fikirlər var: Fikir vermə – uşaqdır. Böyüyər düzələr. Fikir vermə cavandır– beyni qandır. Vəzifəlidir – zirehlidir. Beləcə heç nə demirsən, sözün dəqalır ürəyində. Mən də yıxılana balta vurulmasının əleyhinəyəm. Daha doğrusu,qurşaqdan aşağı zərbə vuranların əleyhinəyəm. Arif Alışanov vəzifədən çıxandansonra şəxsi həyatının gündəmə gəlməsininin əleyhinəyəm. Onun haqqında o qədər yazılaacaq söz var ki...

Amma bu yazını yazmağı özümə borc bildim. BilmirəmAzTV rəhbərliyinə kimi sədr qoyacaqlar. Bəlkə də Rövşən Məmmədovu. Niyə dəolmasın ki? Cavandır, enerjilidir. Ömrü boyu televiziyada işləyib. Niyə də yox.Bəlkə də başqası layiq görüləcək bu vəzifəyə. Bir də ki, vəzifəyə qoyulandahamı gözəl, əzəmətli, cazibədar görsənir,çıxarılanda isə çirkin, iyrənc, üfunətli – hamı burnunu tutub, üzünü çevirib səndənyan gəzir ki...

Bu yazımı isə Arif Alışanov yox, yeni sədr və gələcəksədrlər oxusa yaxşıdır. Elə isə başladıq.

2006-cı il

2006-cı ildir. Yay aylarından biridir. Qanımqaradır. Sədrimiz Nizami Xudiyevin "torbasını tikiblər”. Həmin günü "Xəbərlər”də növbətçi olmuşdum. Hər şeyqaydasında idi. 20.00 papkasını da həmkarlarıma təhvil verib evə getdim. Bir dətəkrar edirəm – hər şey qaydasında idi. Axı necə oldu ki, "Xəbərlər”in 20.00buraxılışına – iki Prezident qəbulu hazır ola-ola, 17.00 buraxılışında efirə gedə-gedə– BDU-dan çəkilən video ilə başlandı? Yox. Min faiz qurama məsələyə oxşayır.Amma artıq gecdir. Artıq sədrimiz Nizami Xudiyev deyil. Sədr müavini Arif Alışanov icra edir bu vəzifəni.Əksəriyyət sevinir, şadlığından çırtıq çalır nümayişkaranə. Bir-biriləriniqucaqlayıb gözaydınlığı verirlər. Bəziləri tort alıb gətirib, paylayır. Sədr təsdiqolunacağı günə qurban deyənlər də var. Mənim isə qanım qaradır. Axı məni AzTV-yəNizami Xudiyev işə götürüb. Əlbəttə ki, hansısa jurnalistlik biliklərimə görəyox – atam şair Qabilə görə. Yəqin ki, Arif də toxunmaz – 10 il ərzindəqazandığım jurnalist biliklərimə görə yox – Xalq şairi Qabilə görə. Düzüsalam-sağoldan başqa bir münasibətim yoxdur onunla. Amma hamı tərifləyir. 17yaşından bu kollektivdə işlədiyindən onu çox istəyirlər. Hamının dərdinəyarıyıb. Xeyir-şərində iştirak edib. Bir sözlə, yetimə hay yox, həm də payverib. Yanına ümidlə gələni əliboş, naümid yola salmayıb. Ona görə də kollektivsevinir. "Gör Arif adi vəzifələrdə beləydisə, sədr olandan sonra necə olacaqe...” deyərək.

Enerqoblokun qabağına çıxıram. "Xəbərlər”də biryerdə işlədiyim Gündüz Əliyev siqaret çəkir burda. Sakit görünür. O, NizamiXudiyevin tələbəlik dostu, alim, professor, bir vaxtlar "Xəbərlər” proqramındamənim şöbə müdirim olmuş şair Rafiq Yusifoğlunun oğludur. Onun AzTV-yə gəlməsi dəməhz mənim təşəbbüsüm olub. Bu başqa bir mövzunun söhbətidir. Siqaretdə sonqullabı vurub üzünü mənə çevirir:

Mahir,gəl gedək sənə qonaqlıq verim.

Havaistidir.

Araqistəməsən, pivə içərik.

Bəsiş?

Nəiş? Onsuz da növbətçi deyilik. Hamı da yerində oturub ki, birdən işdənçıxararlar. Qorxma. Gedək?

"Gedək” deyirəm. Gündüzün qəhveyi rəngli VAZ-2109markalı Jiqulisinə əyləşib işdən uzaqlaşırıq. Xudmani, kölgəliyi olankababxanalardan birinə gəlirik. Ortalığa xolodnı gəlir.

Araq,yoxsa pivə? – deyə Gündüz soruşur.

Araq,ay Gündüz. Özümə gətirsə məni bəlkə araq gətirdi.

Ortaya "xolodnı” gəlir. Manqal üstündə qızdırılmış xırç-xırçzavod çörəyindən kəsib arasına pendir qoyuram. Bitkə yeyəndən sonra Gündüzarağı badələrə süzür:

Mahir,Arif Alışanovun sağlığına. O gün olsun ki, sədr kimi təsdiq olunsun.

Heç nə demirəm. Toqquşdurub başıma çəkirəm. Ötəngün baş verənlər yadımdan çıxmır hələ. Bilsəydim evə getməzdim. Qalardım. Bəlkəbelə olmazdı. Nizami müəllim yaxşı adamdır. Mənim xeyirxahım olub. İşə götürüb.Kaprizlərimə dözüb. Düzdür, mən də ona dözmüşəm. Amma böyükdür məndən – həmyaşca, həm də mənsəbcə. Ən kritik həddə isə gücüm atama şikayət etməyə çatıb. Oda mənim acıdilliyimi, cavab qaytarmaq şakərimi bildiyindən nə desə yaxşıdır?"Eşidəm-biləm Nizamiyə cavab qaytarmısan... canuvu alaram. Bildin?”

Gündüz isə sakitdir. Ortaya qabırğa kababı gəlir. Hərəmizbirini götürüb dişimizə çəkirik. Birinci badə öz işini görüb. İştahım açılıb,beynim az da olsa dumanlanıb. Gündüz ikincini süzür.


Mahir,Nizami müəllimin sağlığına. Yaxşı sədr idi. Atamın da dostu idi. Məni işə ogötürüb.

Başadüşmədim? – deyə üzümü bozardıram.

Yaxşıda... yadımdadır. Sənin təşəbbüsün olub. Vurma da hər dəfə başıma, – deyib gülə-güləbadəsini badəmə toqquşdurur.

Boğuq səs gəlir. Cingilti səsi badə xrustal olandagəlir. Biz isə Bayılın sürüşmə zonasında yerləşən bir ağacın altında oturub yeyib-içirik.Burda səliqə-səhman yoxdur. Burda qab-qacaq bahalı deyil. Amma yeməyi əlaverirlər. Dostum İbrahimin babası demişkən: "Qonaq evinə gələndə qab-qacağın qəşəngvə ya bahalı olmasına baxmır, onun içindəkinə baxır”. AzTV yadıma düşür: hamıbizim "Xəbərlər” proqramını söyür. Amma hamı da bizə baxır. Nəinki baxır,müzakirə də edirlər. Lap söysünlər. İçəridə ki, mühit gözəldir. Hamı can deyib,can eşidir. Bir ailə kimidir.

Andrekotu yeyib qurtarırıq. Keçirik şişin"yabloçka”sına. Onu bir dişdəyə "məhv edirik”. Cavan adamlarıq. Mənim 40, Gündüzünisə 31 yaşı var. O da ailəlidir, mən də... Onun uşağı balacadır, mənim isə ikiqızım 11-cini bitirəcək. İş barədə heç nə danışmırıq. Gələcəyimizi fikirləşmirik.Heç xəyalımızdan da keçmir ki, Arif bizi işdən çıxaracaq, ya yox. Bizi acqoyacaq, yoxsa əvvəlkindən də yaxşı yaşayacağıq. Bu barədə düşünmürük. AmmaGündüzün sakit, sevincək olmağını anlamıram. Qonaqlıq verməyini də... Bəlkə dəbu, heç qonaqlıq da deyil. O qədər bu cür yeyib-içmişik ki... Mənim xeyrim olanda mən "şot” vermişəm, onda olanda o. Burdaqeyri-adi bir şey görmürəm. Bircə qeyri-adi odur ki, yüz dəfə beləcə oturmuşduq,amma nə təzə, nə də köhnə sədrin şərəfinə badə qaldırmışdıq. Heç ümumiyyətləsağlıq da deməmişdik. Uzağı, uzağı, ağsaqqalımız Mülatif Adurov sayağı"hop-hop, gup-gup” deyib badəni başımıza çəkmişik. İndi isə sağlıq deyirik.

Mahir,fikir eləmə. Hər şey yaxşı olacaq, – deyə Gündüz sükutu pozur, – Arifin dövründədaha da yaxşı olacaq. Bizim adamdır.

Hardansizin adam oldu?

Ovaxt yadındadır işi çətinə düşmüşdü e... Nizami başının üstünü alıbyoxlatdıranda. Onda qohumlarımıza çıxdı. Onlardan atama xahiş elətdirdi. Atamda araya girib barışdırdı Nizamiylə onu. Ən azından yaxşılığı itirməz yəqin.Heç bu da olmasın – pisliyinə heç nə eşitməmişəm. Özü də ki, 30 ildir bukollektivdə çalışıb. Hamının cikini də bilir, bikini də...

Nədeyirəm ki, sən deyən olsun. Amma mən istəyirəm ki, işdən çıxartsın məni. YoxsaAzTV-dən çətin ayrılam. Bəlkə atam onda tərpənib məni bir normal vəzifəyə qoya.

Götürvuraq. Əliağa Vahid necə deyib?

"Sabahınqeydinə qallıq sabah inşallah”.

Üçüncü badəni də beləcə aşırırıq. Yenə andrekot gəlir.

Yoxdurda buranın kababından, – deyib Gündüz ətin üstündə xına kimi qızarmış piyiehmalca dişləyib yağını sümürür, – Bəh-bəh-bəh. Qış gəlsəydi, gedərdik 28 maydaqaban "kareyka”sı yeməyə. Ya da ki, "dvatsatı”dakı xəngəlniyə.

Gedərikinşallah.

Yarım litr boşalır. Doymuşuq. Kefim durulub.

Mahir,indi də gedək Xanların pivənoyuna.

Gedək.Yeni sədrimizi pivəylə də yuyaq.

2019-cu il

Evdəyəm. Kompyuter açıqdır. Telefon susmur. Cavabvermirəm. Bilirəm ki, 10 il bundan qabaq "Arif sədrlikdən çıxarılan günqonaqlıq verəcəyəm” deyə verdiyim vədləri yadıma salmaq istəyirlər. Mən isəbunu on il qabaq demişdim. Mən onu o vaxt çıxartsalar demişdim, day 10 ildənsonra yox. Birdən Gündüz yadıma düşür. İş-güc adamıdır. 200 faiz bilirəm ki, xəbəriyoxdur. Zəng edirəm.

Gündüz,salam.

Salam.

Qonaqlığınə vaxt verirsən?

Nəqonaqlıq?

Sözvermişdin a...

Mənqonaqlıq-zad söz verməmişəm.

Vermisən.İstəyirsən yadına salım.

Sal.

Yadındadır,demişdin ki, Arifi işdən çıxaranda qonaqlıq verəcəyəm?

Çıxarıblar?Hələ indi çıxarıblar? Tutmayıblar ki?

Yox.

Mahir,vallah yadımda deyil. Amma bu xəbərə qonaqlıq düşür. Mənim gözümüstə.

Axşamdır. Zəng edir. Arxamca gəlib məni evdəngötürür. Evlərinin yanında, Mətbuat prospektində qəşəng bir restoran var –"Qruziya”. Müğənnili-çalğıçılı. Ora gedirik. Gözəl yerdir. Ortaya bir litrlik göyetiketli "Banketnı” arağı gəlir. Yanında da xolodnı, suluquni, "Dyuşes”limonadı və başqa gürcü təamları. Gündüz sac sifariş verir. Sac hazır olanacan10 dənə gürcü xingalı da deyir – 5 dənəqızardılmış, 5 dənə qaynadılmış. Araqdan badələrə süzür.

Çoxdandırgörüşmürük. Axşamımız xeyir olsun.

Axşamımızxeyir.

İçirik. Gündüz yaşlaşıb. Yox, saçı ağarmayıb. Çünkisaçı yoxdur. Tamam tökülüb. Elə mən özüm də keçəlləşmişəm. Onun 44 yaşı var, mənimsə53. Onun oğlu 9-cu sinifdə oxuyur, mənimsə beş nəvəmin ilki olan Polad 3-cüsinifdə. Yaşımız çoxalıb. Yaş fərqi isə həmən qalıb. Məndən fərqli olaraqGündüzün çılğınlığı qalıb. Üfürüb yandırmağa ehtiyac yoxdur. Mənim isə yelpiklənməyəehtiyacım var. İndi manqalı heç yelpikləmirlər də... saç feniyləalovlandırırlar. Hər şey dəyişib.

Mahir,nə var, nə yox. Uşaqlardan kimi görürsən? İşim o qədər çoxdur ki, heç kimdən xəbərtuta bilmirəm.

Kiminlə bağlı nə bilirəmsə ona da deyirəm. Gülürük.Köhnə günləri yada salırırq. Xüsusilə də növbətçi qrupumuzun başçısı MənzərəSadıqovayla bağlı zarafatlarımızı. Təəssüflənirik. Amma kövrəlmirik. Axı hələqocalmamışıq. Gündüz badələri doldurur.

Bunuda içirik sənin sağlığına. Uşaqlar moddan düşüb – nəvələrin sağlığına.

Toqquşdurub içirik. Badələr cingildəyir. Büllurolmasa da bahalı maldır. Ortaya xəngəl gəlir. Yenə də xatirələr, xatirələr.Bütün cümlələrimizin də əvvəli "yadındadı...”, "yadındadı...”, "yadındadı...”xitabıyla. Hiss edirəm ki, qocalmışam. Xatirələr ümidinə qalmışam. Amma heyfslənmirəm.Görəsən indi AzTV-də işləyən cavanların nəvaxtsa danışmağa xatirəsi olacaqmı? Əlbəttəki, olacaq. Məsələn: "Arif filankəslərə ev verdi, mənə vermədi. Mənə düşürdü. Yəqinki, nəsə umdu”. "Arif filankəslərə fəxri ad, medal verdi, mənə vermədi. Amma hamıdançox mən layiq idim. Gərək "Qulu Məhərrəmli” sənədli filmində baş rolda çəkilməyərazılıq verəydim...” Deyiləcək fikirləri davam etmək istəmirəm. Qonaqlıqdayamaxı... Kefim də yaxşı. Bəlkə Arif yaxşı sədr olub. Axı mən cəmi bir il işlədim.Sonra öz ərizəmlə çıxdım. Yəqin təzə sədr Arifin adamlarını işdən çıxarandansonra qələmə sarılıb çörəkverən sədrləri barədə xatirələri hökmən qələmə alacaqlar.Necə ki, mən Nizami Xudiyev haqqında yazıb, məqalənin də adını "Çörəkverən sədr”qoymuşdum. Bir də ki, gül kimi restoran, həzin musiqi, Gəncənin göy etiketli"Banketni” arağı. Məşədi İbad demişkən: "Heç Arifin yeridi?”

Gündüz badələrə araq süzür. Amma dinmir. Çünki növbəninözünə çatdığını bilir. Özü öz sağlığına necə desin axı?

Gündüz,sənin sağlığına. O gün olsun Aslanın toyuna gələk.

Amin.

Badələri toqquşdurub, cingilti səsi bitənə qədərarağı ağız boşluğundan boğaza, ordan isə mədəyə yola salırırq. Kefimiz bir azda durulur. Gündüz işdən gəlib. Yorğunluğu bilinir. Amma rahatdır. Divanayayxanır. Ara-sıra telefonuna zəng gəlir. Nəsə deyir. Tapşırıq verir. Kimisə harasayönəldir. Bu zaman sacımız da gəlir. Altına köz qoyublar ki, soyuyub yağıdonmasın. Cız-bız kimi yavaş-yavaş cızıldayır. Bu da meyxoş ruhumuzu oxşayır.

Nuşelə. Buranın sacı əla olur.

Hərşey yaxşıdır, Gündüz. Çoxdandır görüşmürdük. Əsas budur.

Gündüz yenə də araq süzür. Valideynlərin sağlığınaiçirik. Nənəsini yada salıram. Bu badələri də gillədirik gedir. Növbəti badədəisə Gündüzü danışmağa qoymuram.

Gündüzbu nədir? Əsas məsələ yaddan çıxıb. Biz bura niyə yığışmışıq?

Doğrudane... – deyə Gündüz ona məxsus tərzdə ağzının sağ tərəfini əyib gülür, – Ammayox, Mahir.

Niyə?

Pislikelədi mənə. Mən həftədə bir dəfə "Parlament həftəsi”ni hazırlayırdım. Bilirdində... Maaşımı, qonorarımı azaldıb, yavaş-yavaş saldı 400 manatdan 250-yə. Bir dəfəMilli Məclisdə qarşılaşanda dedim ki, bəs buxqalteriya kəsib pulumu. Dedi ki,tapşıraram. Beləcə, çıxartdı məni.

Buonun metoduydu. Pisikdirirdi ki, özün ərizəni yazıb çıxasan. Mənə bir il ərzindəheç vəsiqə də vermədi. Müvəqqəti buraxılış vəsiqəsiylə gedirdik çəkilişə. Ammayox, Gündüz. Bu badələri içirik Arif Alışanovun sağlığına. Odur səbəbkar bu güngörüşməyimizə. Onu işdən çıxartmasaydılar, çətin ki, qonaqlıq verəydin.

Düzdeyirsən. İçək. O gün Sevilin oğlunun kiçik toyundaydıq. Mən oturduğum stoldada hamısı bizim köhnə uşaqlar idi – ictimai-siyasi redaksiyadan. İndiki sədr əvəzi,köhnə həmkarımız Rövşən də ordaydı. Mən də nə sağlıq desəm yaxşıdır? Dedim ki,sağolsun Arif ki, heç olmasa sizi işdən çıxartmayıb və bu gün sizləri görəbildim.

Gündüz,içək bunu Arif Alışanovun sağlığına.

İçək.

Toqquşdurmuruq? Niyə ki? Toqquşdururuq badələri.İçirik. Qanunla 5-ci badə bir az ağır gedər. Amma bu çox rahat gedir. Sonraofisiantı çağırıb, cib telefonunu ona veririk. Badələri bir-birinəyaxınlaşdırıb şəkil çəkdiririk. Birdən Gündüz gülümsəyir. Yenə də "yadındadır”xitabıyla cümləsinə başlayır. Məhz bu "yadındadır” mənə bu yazını yazdırdı.

Mahir,yadındadır? Arifi təzəcə sədr əvəzi qoymuşdular. Səni apardım, qonaqlıq verdimBayıl yamacında. Sonra da getdik Xanların pivənoyuna. İndi nə o yamac var, nə dəki Xanların pivənoyu.

HeçArif də yoxdur.

Doğrudane... Nə qəribədir e... Arif sədr olanda da mən qonaqlıq vermişdim, vəzifədənçıxarılanda da...

Gündüz1-ci qonaqlıq əla idi. Allah heç bir AzTV sədrinə ikinci – sonuncu qonaqlıqdaiçiləcək sağlıq qismət eləməsin.

Amin.

SON

Artıq qonaqlığımız sona yetir. Sağollaşıbayrılırıq. Gündüzün qonaqlıq borcuna xitam verirəm. İndi gözləyirəm. İstəyirəmki, elə olsun ki, Gündüz yenidən qonaqlıqversin. Boynuna qoymadan – könüllü. 2006-cı ildə olduğu kimi. Sevinə-sevinə, ürəkdən.Pivəsi də öz yerində.


TƏQVİM / ARXİV