Mən SSRİ DTK-sının Sərhəd Qoşunlarında xidmət eləmişəm. Zastavamız isə otryadın bütün xidmətlərinə nümunə göstərilirdi. Həm hərbi hissə, həm də Zaqafqaziya dairəsi tərəfindən diqqət mərkəzində saxlanılırdı. Şəxsi heyət, müasir blindaj, texniki qurğular öz yerində, xidməti ovçarka itlərimiz də birincilər sırasında idi. Muxtar adlı itimiz isə Zaqafqaziya üzrə yarışlarda 3-cü yerə çıxmışdı. Məhz bu it zastavanın həyəcan qrupuna daxil idi. Tiza, Reks, o biri adaş Muxtar da yaxşı iz götürürdülər. Amma Muxtara nəinki onlar, heç otryad üzrə çatanı yox idi. İtlərin yeməyi də yaxşı idi. Dövlətin ayırdığı menyu öz yerində, amma Mamayev adlı baş serjant-kinoloq lazım olduqca yaxınlıqdakı rayonlararsı kəsim sexinə gedib, ordan istədiyi qədər iri qaramalın ağ ciyərini təmənnasız götürərdü. Onda yerli camaat əsgərə hörmətlə yanaşırdı. Bu ağ ciyərdən (marqarin, darı, buğda, duz əlavə olunmaqla) bişirilən yemək ovçarkaları daha da qüvvətləndirərdi.
Ara-sıra itləri sınaqdan da çıxarırdıq. Necə? Gedirdik sərhəd zonasına. Sonra kinoloqla it KSP-nin yanında – nəzarət-xətt zolağında qalırdılar. Biz isə sərhədə tərəf qaçırdıq. 15-20 dəqiqə vaxtımız olurdu ki, iki əsgər – silah-sursatla qaçıb şərti yerə çataq. Yoldaşımın köməyiylə paltarı geyinirdim. O isə mənim də avtomatımı götürüb ağaca dırmaşardı. Bu müddət ərzində it iz götürüb dalımızca qaçardı. Bir də görürdüm ki, it budu gəlir. Təlimata əsasən başlayırdım mən də qaçmağa. Gəlib yapışırdı qolumdan, ya ayağımdan – başlayırdı gəmirməyə, ya da dartışdırmağa. Ya da ki, arxadan hoppanıb pəncəsiylə çiynimdən elə zərbə endirərdi ki, sərələnərdim yerə. Bircə üzümü, qulaqlarımı qoruyurdum. Allah eləməmiş papaq başımdan düşsəydi... Paltar eləydi ki, dişdəməyi qıdıqlamaq təsiri bağışlayırdı. Amma yenə də qorxurdum. Təlimatçı-kinoloq çatana qədər əl-qol atıb ovçarkanı hirsləndirməliydim. Ayağımı buraxıb, qolumu dartışdırırdı... Yiyəsi çatıb, ipi boynuna keçirəndən sonra da sakitləşmirdi. Ta ki, xüsusi geyimimi soyunana qədər. Sərhədçi formasını görən kimi sakitləşirdi. Başa düşürdü ki... İtlər sərhədin qorunmasında xüsusi rol oynayırdı. Hər şeyə reaksiya verirdilər. Xidmətin birinci ilində sərhəd pozucusuna rast gəlməsək də, qabanların hücumunda bir-iki dəfə yaralanmışdı itlərimiz.
Amma günlərin bir günü heç gözləmədiyimiz bir hadisə baş verdi. Bilirdik ki, yoxlama olacaq. Hansı səmtdən olacaq bilmirdik. Sadəcə, xəbərdarlıq etmişdilər ki, birdən güllə atarıq. Şərti sərhəd pozucusunun qabağını almalıydıq. Əsas vəzifə də zabitin başçılıq etdiyi həyəcan qrupunun (trevojnaya qruppa) üzərinə düşürdü. “Sərhəd pozucusu”nun keçdiyi yeri müəyyən, bütün qayda-qanunlarla saxlanmasını təmin etmək onun üzərinə düşürdü. Əsas heyət – biz isə zaslondaydıq. Xülasə, rabitəçi qısa qapanma olan yeri, həyəcan qrupunun rəhbəri isə izin qonşu dövlətin ərazisinə getdiyini müəyyən edir. Fişəng tapançasından iki (xüsisi rəng işarəsiylə) siqnal fişəngi havaya buraxılır. Ki, qonşu zastavalar da hal-qaziyədən xəbər tutub həmin yerə yaxın sahəni bağlasınlar. Təlimatçı-kinoloq “İşşi-işşi”(axtar-axtar) deyərək itin ipini açıb buraxır. İt də iz gedən istiqamətə qaçmaq əvəzinə neyləsə yaxşıdır? Özü də ki, Muxtar kimi it. Başlayır eləcə hürməyə. Mamayev nə hay eləyir, it yerindən tərpənmir ki, tərpənmir. Hürməyini də saxlamır. Və bütün bunlar da otryaddan gələn komissiyanın gözü önündə baş verir. Nə isə... Bir azdan “Otboy” komandası gəldi, qayıtdıq. Komissiya və zastava rəhbərliyi bir otağa yığışıb başladılar insidentin başvermə səbəbini araşdırmağa. Məsələ çox ciddi idi. Birdən həqiqi sərhəd pozucusu olardı... Axı niyə belə oldu? İt iz götürüb niyə sərhəd pozucusunun dalıyca qaçmadı, eləcə başladı hürməyə? Hürə-hürə qaldı. Sonda səbəbini tapdılar. Məlum oldu ki, demə bu itin xidmət dövründə heç vaxt sərhəd pozulmayıb. Ona görə də göyə fişənglər də atılmayıb. İt fişəngin səsindən qorxubmuş.
Bunun çarəsini də tapdılar. Həmin gündən “oqnevoy podqotovka”ya, atıcılıq təlimlərinə gedəndə itləri də özümüzlə götürürdük. Ağaca bağlayırdıq. Sonra müxtəlif atıcı silahlardan başlayırdıq nişangaha atmağa. İtlər də başlayırdılar 2-3 saat hürməyə. Sonda isə hürüb-hürüb sakitləşirdilər. Beləcə, güllə səslərinə öyrəşirdilər.
İtlərin başçıları Muxtar da öyrəşmişdi. Komissiya gələndə və ya sərhəd xətti pozulanda, göyə fişəng buraxılanda daha heç nəyi vecinə almırdı. Yiyəsi nə komanda verirdisə, dinməzcə, başını aşağı salıb yerinə yetirirdi. Hürmürdü də... Hərdən mırıldanırdı. Təpik yeyən kimi həmən sakitləşirdi.
İndiki geosiyasi vəziyyətdə nədənsə bu hadisə yadıma düşdü. Ermənistan 44 günlük müharibə müddətində və sonra da çox hoppandı-düşdü, səsi dünyanı götürdü, amma heç nə edə bilmədi. Qarabağ ərazisində təxribatlar törətdi heç nəyə nail ola bilmədi, dəmir yumruq yeyib yerində oturdu. Ordumuz bir çox kəndi, yüksəklikləri ələ keçirdi. Yenə başladılar qışqır-bağıra. Heç nə hasil olmadı. Sentyabrda təxribat törətdilər, yeni ərazilər nəzarətlərindən çıxdı. Başladılar qışqır-bağıra, həyasızlığa. Heç kim köməyə gəlmədi, binokllı, bloknotlu, qələmli müşahidəçilərdən başqa. Laçın dəhlizi isə 100 gündən çoxdur ki, bağlıdır (humanitar gediş-gəliş istisna olmaqla). BMT məhkəməsinə qışqırdılar. Nəticə olmadı. İndi isə gəlib postdan qaytarılırlar. Yalandan ürəkləri gedəndə Azərbaycan təcili yardımı ilə Xankəndi xəstəxanasına çatdırırlar... Rus demişkən, “vot-vot”dur. Sakitləşirlər. Qışqırıb-qışqırıb sakitləşirlər. Başa düşürlər ki, onların yiyəsi, Rusiya, İran, Aİ, ABŞ, BMT deyil, Azərbaycandır. Düzdür, sakitləşsələr də hərdən mırıldanacaqlar. Axı mırıldamaq itə, mırıldaNmaq isə erməniyə xas xüsusiyyətdir. Bircə “N” hərfi fərqi var. Heç qorxusu yoxdur. Dəmir yumruq yerindədir.