"Realın yeni transfer hədəfi odur

597 | 2025-04-04 10:56

İspaniyanın "Real" klubu "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Bernardu Silvanı transfer siyahısına salıb.

Adalet.az xəbər verir ki, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçinin Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda bitəcək.

Bu səbəbdən Madrid klubu təcrübəli futbolçunu sərfəli qiymətə ala biləcəyini düşünür.

Qeyd edək ki, Bernardu Silva İngiltərə Premyer Liqasının cari mövsümündə bütün turnirlərdə 40 oyun keçirib, 3 qola və 4 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.

  • Aprel:
  • 4

TƏQVİM / ARXİV