adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Rusiya ABŞ-ı qınayır, ABŞ-da Rusiyanı - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
738 | 2024-02-23 16:31

Kor-kora kor deməsə ürəyi partlayar

Rusiyanın xarici işlər nazirliyi ABŞ-ın İraq və Suriyaya zərbələr endirməsini qətiyyətlə pisləyib. Bu barədə diplomatik idarənkn saytında məlumat yayılıb.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Birləşmiş Ştstlar bir daha İraq və Suriyaya avia zərbələr endirməklə bütün dünyaya, Vaşinqtonun Yaxın Şərqdə apardığı aqresiv siyasətin mahiyyətini nümayiş etdirib. Bəyənatda bildirilir ki, ABŞ-ın hərəkətləri münaqişənin daha da qızışdırılmasına yönəlib.

"Vaşinqton cəzasızlığından ruhlanaraq Yaxın Şərqdə dağıntılar və xaos yaratmaqda davam edir"-deyə xanım Zaxarova bəyan edib.

ABŞ və onun qərb dövlətlərindən olan  tərəfdaşları Rusiyanın Ukraynada apardığı aqressiv işğal siyasətini tənqid edir, Rusiya isə ABŞ-ın Yaxın Şərqdə apardığı aqressiv siyasəti. Nəticədə isə cəzasız qalan hər iki hegemon dövlətin aqressiv siyasətlərindən üçüncü dövlətlər əziyyət çəkir, şəhərləri, kəndləri, mövcud infrastrukturları dağılır, dinc insanları həyatlarını itirirlər. 

Bir sözlə, arada dəyən kasıba, yazığa, köməksiz insanlara dəyir.  Hələ də yaralı barmağa məlhəm qoymağa belə yaramayan, BMT başda olmaqla, guya insan haqlarını, insan hüquqlarını qorumalı olan beynəlxalq təşkilatların verdikləri mənasız bəyənatlarını isə, heç oxuyan da yoxdur,  havadan asılı olaraq qalmaqdadır. 

Rüstəm Hacıyev

TƏQVİM / ARXİV