Rusiya, ABŞ və Avropadan inciyib... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
230 | 2024-08-12 12:11

 "ABŞ və Avropa Ukrayna hərbi qüvvələrinin Kursk vilayətinə hücumunu niyə qınamır?" 

 İki il yarımdı Rusiya "xüsusi hərbi əməliyyat" adı ilə Ukraynanın demək olar ki, üçdə ikisini işğal edib və işğal etməkdə də davam edir, indi bir neçə gündür ki, Ukrayna ordusunun Kursk vilayətinə hücumunun ABŞ və Avropa tərəfindən qınanmamasından inciyir.

 Xəbər verdiyimiz kimi, bu ilin avqust ayının 6-dan Ukraynanın hərbi qüvvələri Rusiyanın Kursk vilayətini kütləvi şəkildə bombalayır və demək llar ki, vilayətin ərazilərinin içərilərinə doğru irəliləməkdədir. UHQ-nin keçirdiyi hərbi əməliyyatlarda aktiv şəkildə dronlardan istifadə olunur.

 Yerli sakinlərin verdikləri məlumatlara görə, ölən və yaralananların sayı durmadan artmaqdadır. On minlərlə dinc sakin, təhlükəsiz yerlərə köçmək məqsıdiylə evlərini tərk etmək məcburiyyətində qalıblar. Verilən məlumatlara görə, məcburi köçkünlərin  sayı yüz mini ötüb. Sosial şəbəkələrdə, hücum nəticəsində dağılan evlərin, yanan avtomobillərin şəkilləri paylaşılır.

 İki kl yarımdır ki, iki qardaş xalq arasında qanlı müharibə gedir. Moskva işğal siyasətinin mahiyyətini gizətmək məqsədiylə bunun sadəcə olaraaq "xüsusi hərbi əməlliyyat" olduğunu bəyan edir və ölkəsində "müharibə" adının çəkilməsini qadağan edib və hətta "müharibə" adını çəkçəyə görə, məsuliyyət də tədbiq edib.

 Ukrayna tərəfi də, Kursk vilayətinin bir hissəsini zəbt etməklərini, Ukrayna prezidentinin ofis rəhbərinin məsləhətçisi Mixail Podalyakın sözləri ilə ifadə etsək, "Kursk vilayətinə hücumların məqsədi danışıqlar prossesində Kiyevin mövqeyini gücləndirmək və yerli əhalini qorxutmaqdır"... Nə demək olar, adekvat cavabdır.

  Beləliklə, hələ ki, hər şey okeanın o tayında əyləşən "kuklavodların" planlarına uyğun şəkildə davam etməkdədir. Sadəcə olaraq, ara-sıra vəziyyətdən asılı olaraq "Sem dayının" plsnlarında bəzi korrektəkər edilir. 

 Pentaqonun mətbuat katibi Sabrina Sinqx bəyan edib ki, ABŞ, hesab edir ki, Rusiya ərazilərinə hücum, vəziyyətin gərginləşdirilməsinə xidmət etmir və buna görə də, Vaşinqton Kiyevə silah-sursat göndərməyə davam edəcək: "Ukrayna suveren torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlarlndan istifadə edəcək. Biz bunu Kursk vilayətinə təşkil olunan hücumlarda görürürük"-deyə Pentaqonun mətbuat katibi bildirib.

 Avrokomissiyanın xarici məsələlər üzrə nümayəndəsi Peter Stano da, bəyan edib ki, "Brüssel ukraynalıların suverenliklərini təmin etmək üçün hüquqlqtını tam şəkildə müdafiə edir. Ona görə də, Ukrayna ordusunun amerikan silahları ilə Rusiya ərazilərinə hücumunu qınamır"... Bə nədi, silahları onlara muzeydə saxlsmaq üçün verməyiblər ki?..

 Amma, "ədalət naminə", ABŞ və Avropa Rusiyanın Ukrayna ərazilərinə hücumunu qınadığı kimi, gərək quru sözlərlə olsa da, Ukraynanın Rusiya ərazilərinə hücumunu da qınayaydı ki, Rusiyada incik qalmasın...  Sözün bitdiyi yer...

 

TƏQVİM / ARXİV