Rusiya qəbuledilməz şərtlərini açıqladı - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1183 | 2023-02-27 12:06

Rusiyanın Çin Xalq Respublikasındakı səfiri İqor Morqulov, Çinin Global Times qəzetinə verdiyi müsahibədə bildirib ki, Ukraynada atəşkəsə nail olmaq üçün Rusiyanın təhlükəsizliyi və reallığı baxımından maraqları nəzərə alınmalıdır.

"Atəşin dayandırılması və münaqişənin sonlandırılması, biz həmişə qarşı tərəfi buna çağırırıq. Təbii ki, Rusiyanın ərazi bütövlüyü və onun qanuni təhlükəsizliyi nəzərə alınmaqla buna nail olmaq olar"- deyə səfir bildirib.

Morqulov sadəcə olaraq qanuni sərhədlər dedikdə, məhz hansı sərhədləri - beynəlxalq səviyyədə tanınan Rusiya sərhədlərini, yoxsa işğal etdiyi və sonradan öz ərazilərinə biləşdirdiyi əraziləri nəzırdə tutduğu barədə açıqlama verməyib. Yəni öz aləmində suala guya diplomatik cavab verdiyini düşünüb.

Diplomat qeyd edib ki, Rusiya heç zaman Ukrayna ilə danışıqlardan imtina etməyib və həm Kiyevlə, həm də onun "sponsorları ilə" danışıqlara başlamağa hazırdır. " Təbii ki, Rusiyanın köklü maraqları və hazırki reallıq nəzərə alınmaqla"- deyə Morqulov bildirib.

Hazırki reallıq deyəndə yəqin ki, diplomat işğal etdikləri əraziləri - bu da təxminən Ukraynanın yarısı deməkdir - artıq Rusiyanın qanuni əraziləri kimi başa düşür və ictimayyəti də buna inandırmağa çalışır.

"Hazırki vəziyyət danışıqlara başlamağa imkan vermir. Kiyev Vaşinqtondan altığı təlimatlarda yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürür. ABŞ və onun NATO-dakı tərəfdaşlarının hərəkətləri vəziyyətin daha da gərginləşməsinə doğru aparır"- deyə səfir bildirir.

Rusiyslı səfirin sözlərindən belə çıxır ki, Ukrayna işğal edilmiş ərazilərindən imtina etməli, "reallıqla barışmalı", işğal edilmiş torpaqlarını azad etmək üçün döyüşməməlidir, yəni ağ bayraq qaldırıb Rusiyanın önündə diz çökməlidir.

Ukraynananın belə alçaldıcı təkliflərlə hansısa danışıqlara başlayacağı nəinki inandırıcı deyil, heç mümkün variant kimi də ağlabatan sayıla bilməz. Hazırda işğal edilmiş Ukrayna ərazilərində bir ildən artıqdır ki, qanlı döyüşlər gedir. Ukrayna hərbi qüvvələri cəbhənin bütün istiqamətlərində rus ordusuna aarşı ciddi müqavimət göstərir.

Diplomatların verdikləri, özlərinin də inanmadığı təkliflərin söz demək xatirinə olduğu hüç kimdə şünhə doğurmur. Artıq demək olar ki, bütün dünyanın qoşulduğu bu müharibənin tezliklə başa çatacağı inandırıcı görünmür. Görünən odur ki, bu müharıbə tərəflərin silah -sursatları bitməyənə qədər, yəni sonsuzluğa qədər davam edəcək.

 

 

TƏQVİM / ARXİV