adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Rusiya Ukrayna ilə hansı şərtlərlə danışıqlara gedə bilər? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1033 | 2023-02-07 14:05

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Novikov Lenta.ru ilə söhbətində bildirib ki, hazlrki Kiyev hakimiyyətiylə danışıqlar heç bir halda baş tuta bilməz.

"Xüsusi hərbi əməliyyatların (əslində müharibənin. red.) başlanmasının elan olunmasının səbəbləri ortadadır. Ukraynanın demilitarizasiyası və denifikasiyası və bu məqsədlərə çatmaq lazımdır. Sonra isə biz özümüzə sual verməliyik, hansı hallarda bu məqsədə çatmaq olar. Bu məqsədlərə isə, yalnız Kiyev rejimi fəaliyyətini dayandırdıqdan və Ukrayna bu rejimdən qurtulduqdan sonra çatmaq olar"- deyə parlamentari bildirib.

Beləliklə Dumanın deputatının fikirincə, Rusiya - Ukraynanın danışıqlar prossesinə başlamaq perspektivləri yoxdur.

"Hesab etmirəm ki, hazırki Ukrayna rejimi, Rusitanın qane edən demilitarizasiya və denafikasiya şərtlərini qəbul etməklə danışıqlar masasına oturmağa hazırdır" - deyə Novikov bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Qərb Rusiya ilə Ukrayna arasında danışıqların başlamasını istəmir. Ona görə də Kiyevi danışıqlar kursundan uzaqlaşdırır və münaqişənin diplomatik yolla həllinə mane olur.

Ukrayna prezidentinin ofis rəhbəri Mixail Podalyak isə, bildirib ki, hazırda Rusiya ilə danışıqlar aparmağın vaxtı deyil.

Tərəflərin bəyənatlarlndan belə görünür ki, yaxın zamanda danışıqların baş tutması perspektivləri yoxdur və müharibə sonsuzluğa qədər davam edəcək. ABŞ -ın və Qərbin nə vecinədir ki, dağılıb xarabalığa çevtilən Ukrahnadı, ölənlər isə rus və ukrayna xalqlarıdır...

 

 

TƏQVİM / ARXİV