Rusiya və Çin Tramdan qorxurmuşlar -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
137 | 2024-07-19 11:32

ABŞ prezidentliyinə namizəd Donald Tramp, Respublikaçılar partiyasının bu gün keçirilən qurultayında çıxışı zamanı bəyan edib ki, Rusiya və Çin ondan qorxduqları üçün münaqişələrdən qaçırdılar.

 Viskonsin ştatının Miluoki şəhərində baş tutan qurultayda, Ağ Evin keçmiş sahibi Macarıstanın baş naziri Viktor Orbanın sözlərindən misal gətirib: "Viktor Orban dedi ki, Rusiya ondan (Trampdan-red.) qorxurmuş, Çin də ondan qorxurmuş, hamı ondan qorxurmuş".

 Eks-prezidrnt əlavə edib ki, guya onun hakimiyyəti dövründə hər yerdə sülh bərqərar idi, indi dünya dağıllr. Trampın sözlərinə görə hamı ondan qorxurduğu üçün münaqişələrə getmirdilər, çünki onun reaksiyasından çəkinirdilər.

  Qocaldıqca başlarını itirən, artıq nə danışdıqlarlnın fərqində olmayan iki namizəddən hər hansı birinin hakimiyyətə gəlməsindön asılı olmayaraq, dünyanın nələrlə qarşılaşa biləcəyini təsəvvür etmək çətin olacaq.

 Co Bayden prezident seçilərsə, Rusiya dağılanacan müharibəni sonsuzluğa qədər  davam etdirəcəyinə, Tramp isə, bir tərəfdən hakimiyyəti dövründə Vladimir Putin və Si Tzepinlə yaxın dost olduğunu bəyan edir, ardınca da hər iki dövlətun liderilərinin ondan qorxduqlarını bildirir...

 Görünən odur ki, o boyda yes-yekə Amerikada bir ağıllı adam tapıb prezident seçə bilmirlər. Ümidləri bu iki ağlı çaşmış qocalardan birinə qalıb...

 

TƏQVİM / ARXİV