Rusiyada hərbi parad ləğv edildi

144 | 2025-07-25 19:16

Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü üçün əsas dəniz paradı, gəmilərin marşı ləğv edilib.

Adalet.az xəbər verir ki, bu barədə Sankt-Peterburqun Nəqliyyat Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“İyulun 27-də Sankt-Peterburq akvatoriyasında Hərbi Dəniz Qüvvələri Gününə həsr olunmuş tədbirlər keçirilməyəcək. Atəşfəşanlıq nümayişi, əsas dəniz paradı, həmçinin yelkənli, avarçəkmə və motorlu su gəmiləri və dəniz skuterlərinin marşı ləğv edilib”, - məlumatda deyilib.

TƏQVİM / ARXİV