adalet.az header logo
  • Bakı 18°C

Rusiyaya qarşı iddialar artır:"Gözləmə mövqeyi"ndə dursaqmı, "estafet"ə qoşulsaqmı? 

Əntiqə RƏŞİD
1970 | 2022-12-10 15:31

Hazırda dünyanın mənzərəsi 2-3 əvvələ nisbətdə çox dəyişib. Rusiyanın Ukraynaya işğalçı hücumu, bu ölkədə əsaslı dərəcədə yenilməsi bir çox xalq və dövlətlərdə cəsarət , hüquqlarını anlamaqda əsaslı dönüş yaratdı. İndi çökməkdə olan Rusiya imperializminin caynağına keçmiş müxtəlif ölkələr ondan qurtulmaq üçün bütün gücünü səfərbər edib.

Bunun bariz nümunəsi Ukraynadır. Ukrayna mübarizəyə ilk başlayıb və görünən odur ki, geri çəkilmək fikrində də deyil!

 

Rusiyaya qarşı böyük  iddialar: Krım, Kalininqrad, Kuril adaları...

 

22 və 25 avqust 2014-cü ildə Rusiyaya məxsus "humanitar konvoy" Ukrayna hökumətinin icazəsi olmadan ölkə ərazisinə daxil oldu.
Bu beynəlxalq aləmdə Ukrayna ərazisinin Rusiya tərəfindən birbaşa işğalı kimi dəyərləndirildi. Tarixə Donbass müharibəsi kimi düşən bu savaşda Rusiya əvvəl Krımı və Doneskini işğal etdi, daha sonra Krımı ilhaq edib onu öz xəritəsi ilə birləşdirdi. Növbəri dəfə 2022-ci ilin 24 fevralında Ukraynaya hücum edən Rusiya burda tək Ukraynanın deyil bütün dünya ilə qarşı-qarşıya gəldi. Hazırda uduzmaq, məğlubiyyət yolundadır.

Az qala 100 (bəzən200) ildir Rusiya işğalından əziyyət çəkən dövlətlər Rusiyaya qarşı torpaq iddiaları irəli sürdü. 2 atom bombası atılmış, hərbi, iqtisadi və siyasi gücünü itirmiş Yaponiyanın budurumundan istifadə edən Sovet İttifaqı 1945-ci ildə 10500 km² ərazisi olan Kuril adalarını Yaponiyadan işğal sayəsində məcburən aldı.

 

 

Düzdür, keçmiş Rusiya prezidenti Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılmaq, qarşılığında Yaponiya tərəfindən 30 milyard dollar almaq istədi. Pul miqdarının çox olduğunu dilə gətirən Yaponiya susdu. Nəhayət, bu ilin aprelində Yaponiya “Rusiya tərəfindən işğal olunmuş ərazilər” mövzusunu yenidən aktuallaşdırdı. Hazırda münasibətlər kritik dərəcədə gərgindir.


Hazırda Rusiya xəritəsində olan Kalininqrad şəhəri (keçmişdə Köniqsberq) əslində polyakların qədim yaşayış məntəqəsidir və onlar şəhəri geri almağa iddialıdırlar. Bu ərazi 1945-ci il oktyabrın 17-də, Sovet İttifaqının tərkibinə daxil olmamışdan xeyli əvvəl də rusların əlində olub. Şəhər 1946-cı il iyunun 3-də vəfat etmiş, Sovet tarixinin əlamətdar şəxsiyyəti olan Mixail Kalininin şərəfinə adlandırıldı.

 


 

 

Bu hadisədən sonra şəhərdə yaşayan 370 min alman tədricən şəhəri tərk etməyə başladı. Gedən sakinlərin əvəzinə ölkənin hər yerindən SSRİ vətəndaşları Kalininqrada və onun ətrafına aparıldı.Beləcə ruslaşdırılmış Kalininqrad- Köniqsberq Polşa Quru Qoşunlarının keçmiş komandanı general Valdemar Skşiçakın dilincə desək, Polşanın işğal olunmuş ərazisidir: “Polşanın işğal olunmuş ərazisidir. NATO qoşunları Rusiyanın bu bölgəsini iki-dörd günə işğal etməyə qadirdir”- deyə Skşiçak vurğuladı.

 

İddialı və haqlı xalqlar...

 

Abxaziya və Osetiya Gürcüstana məxsusdur və 7 avqust 2008-ci ildə rus ordusu bu torpaqları müharibə yolu ilə oranı işğal etdi.  12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatdı. Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Rusiyanın tam çökməsindən sonra Gürcüstanın da Abxaziya və Osetiya tələbi olmayacağına kim qarantiya verə bilər?


Azadlıq arzusu ilə çeçen-inquş xalqları dəfələrlə (1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər birinci çeçen-rus müharibəsi, 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illər isə 2-ci çeçen-rus müharibəsi kimi tarixdə qaldı. 100 minlərlə dinc insan öldürüldü. Sovet İttifaqı dövründə isə Çeçenistan üsyanı (1920-30-cu illər),çeçen üsyanı (1932) Çeçenistan üsyanı (1940-1944), Aardax Çeçen-slav etnik toqquşmaları (1958-1965) Qroznı üsyanı daxil olmaqla dəfələrlə dinc insanların qətli həyata keçirilib).

 

Beləliklə bu Qafqaz xalqları dəfələrlə mübarizəyə qalxsalar da yenə də rus ordusunun gücü ilə mübarizə amansızlıqla yatırıldı. Çeçenistan və İnquşetiya "muxtar respublika”olaraq Rusiyanın ərazisinə qatıldı.


Başqırd Milli Siyasi Mərkəzinin rəhbəri Ruslan Qabbasov və onun Aİ, ABŞ, Kanada və Türkiyədəki siyasi mühacir yoldaşları Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ukrayna dilində açıq məktubla müraciət ünvanlayıblar. Aktivistlər Ali Radada “Başqırdıstan Respublikasının işğal olunmuş ərazi kimi tanınması haqqında” qərar layihəsinə baxılmasına təşəbbüs göstərməyə çağırdılar. Başqırdlarda dəfələrlə rus hərbçilərinin hədəfində olub, sürgün, həbs , güllələnmə, taleyi yaşayıblar.


İşğal olunmuş bizim torpaqlar


1806-cı il iyunun 21-də rus qoşunları tərəfindən işğal edilən və Rusiya imperiyasının tərkibinə qatılan Dəmir Qapı Dərbəndi Rusiyadan tələb etmək haqqımız olduğunu düşünürəm.


Daha sonra Azərbaycan süverenliyini əldə etdikdən sonra imperiya caynaqları özünü Qarabağımıza sanca bildi. Düz 30 il Qarabağın ermənilərin deyil Rusiya silahlı qüvvələrinin hesabına işğalda qaldığı heç kəsə gizli deyil. Hazırda Rusiya sülhməramlı qüvvələrinin orda olması fikrimizə sübutdur. Rusiyanın bütün izlərini Qarabağımızdan silmək haqqımız da var!
İmperiya son 30 ildə həm Orta Asiya , Qafqaz, həm də Baltikyanı dövlətlətlərdə təkrar- təkrar kütləvi qırğınlar törətmiş, xalqların müstəqillik arzusunu boğmağı bacarmışdı.


İndi isə hərbir  xalq mübtəla olduğu dərdin dərmanını tapmasına məcburdu. Yaranmış tarixi şərait  bunu işğal edilmiş , əzilmiş, işgəncələrə məruz qalmış xalqlardan tələb edir

P.S.Əslində Azərbaycan höküməti məqsədli şəkildə Yaponiyanı, Polşanı, mübarizəyə açıq şəkildə qalxacaq Cecenistanı, Dağıstanı, Başqırdıstanı, Gürcüstanı dəstəkləsə və işğal olunmuş ərazilər yenidən öz sahibinə qaytarılarsa bizim çıxarlarımıza uygun bir tendensiya yaranar. Beləki, 1920- 1922-ci illərdə Ermənistana verilmiş tarixi torpaqlarımızı: Zəngəzuru, Dərələyəzi, Göyçəni, Dilicanı və başqa ərazilərimizi , eləcə də Azərbaycanın ən qədim şəhərlərindən biri olan Dərbəndi (1806-cı il iyunun 21-də Dərbənd rus qoşunları tərəfindən işğal edilmiş və şəhər Rusiya imperiyasının tərkibinə daxil edilibdir) tələb etmək hüququmuz yarana bilər.

Əntiqə Rəşid

TƏQVİM / ARXİV