Ay dünya, dünya... Gözünə barmağım dünya. Cəddimə and olsun ki, fanisən, heçsən, puçsan, zırtsan, pırtsan...
Aman dünya, zalım dünya! Kor olasan səni! Kunfəyəkun olasan, xaraba qalasan, necə ki, qalmısan. On yeddi min aləmin içində ədalətdən uzaq yeganə məkan olduğun üçün halımız fəna, günümüz qara, qəlbimiz də para-paradır.
Şairlərinin bağrı yanıq, cinsi cırıq, ipi qırıq, yazdıqları maya tutmamış qatıq, gözəllərin etibarsız, bivəfa, nainsaf, bimürvət, sırtıq.
Ah dünya, of dünya!
Deyir ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər. Mən də deyim iki olsun, düşmənin rəngi solsun. Nə isə, ustadnamə demədiyimin fərqindəyəm, fəqət özümü buta almış aşiq, sazı qırılmış aşıq kimi hiss etdiyimdən söhbətimə belə həzin, lirik və kövrək notlarla başladım.
Not demişkən bəstəkar Əsəd Cahangirin "Gedək ötürüm səni" bəstəsinin gözyaşardan melodiyasına necə özümü qapdırmışdımsa, kövrəldim və yadıma bu nəğmənin ifaçısı dostum, yazıçı-müğənni Zəka Vilayətoğlu düşdü.
O Zəka Vilayətoğlu ki, təsisçisi olduğu sayt "Zəka Ədəbi Mükafatı" adlı bir ədəbi mükafat təsis edib. Yazıçı və şairlərə mükafat vermək istəyir. İndi deyəcəksiniz ki, yazının əvvəlində dünyadan gileylənmək nə idi, dostun Zəkanı xatırlamaqğın nədir? Deyim biləsiniz. Ona görə dünyaya qan-qarğış tökürəm ki, Zəka qardaşımızın təsis etdiyi mükafata gənc yazıçı həmkarlarım, ədəbiyyatın böyür-başında adları hallanan, "Ki" bağlayıcısı ilə cümləyə başlayan Delgeraniyev Şəhriyar və şou-biznes haqqında roman yazan Zeynalov Cavid ağız-burun oynadıblar, istehza ediblər. Bu qərəzli münasibətə nə deyəsən?
İran türməsində kabab yeyib şeir yazan Şəhriyar, yer gəlmədi meydan sulayır ki, bəs mən yatıb çıxmışam, türmə görmüşəm. Ay sən öləsən, daş başuva! Ə noolsun türmə görmüsən? Ə sən deyildin Məmməd Kazımın 80 illik yubiley tədbirində Zəkanın oxuduğu mahnılara qol götürüb Əsəd Cahangirlə oynayan?
Burdan sənə səslənirəm cavan oğlan! Yaxşı ceyil yatıb çıxmaz, oturub çıxar! Tak çto, çox göynən getmə.
Hələ Cavidə baxın, siz allah. Adam şou-biznesdən roman yazır, amma müğənninin təsis etdiyi mükafata ağız büzür. Utanmırsan, qızarmırsan? Ölüb yerə girmirsən?
Özünüzü belə aparırsınız deyə mütəmadi olaraq ağsaqqal qələm adamlarının, ustadlarımızın qəzəbinə tuş gəlirsiniz.
İkiniz də gizlincə o mükafatı almaq, 500 manatı qamarlamaq istəyirsiniz. Bəlkə səhv deyirəm? Guya ürəyinizdən keçmir? O yeri-göyü yaradan kişiyə and olsun ki, Zəka mükafatı verilsə, göydə qaparsınız, ay zəkasızlar!
Amma Şəhriyar qulağının dalını görər, mükafat görəndə. Çünki kitabı bu il çap olunmayıb bu gəncin. İnsafən Cavidin romanı bu il çap olunub, ümidvericidir və mükafat almaq perspektivi var.
Baxıram Zəka Vilayətoğlunun əziz xələf dostu Aslan Quliyevi də əsəbləşdirmisiniz. O da, ifadəmə görə üzr istəyirəm, ikinizin də cındırını çıxardıb.
Sizə lazım idi belə cırtqozluq eləmək? Hələ bunun Əsəd Cahangiri, Elçin Hüseynbəylisi, Vaqif Bəhmənlisi var. İndi bu möhtərəmlər də götürüb sizi çiləsə yaxşı olacaq? Niyə axı işıq gələn yeri qapatmaq istəyirsiniz?
Nə bilim eee, nə bilim. Ay qadan alım, biz də gənc olmuşuq da...
Amma belə başımızdan böyük qələtlər etməmişik.
İnşəallah, bu mükafatı sizin kimi dağıdıcı-pozucu ünsürlər yox, böyük-kiçik yeri bilən, ağsaqqala hörmət, qarasaqqala diqqət, saqqalsızlara şəfqət göstərən nümunəvi və perspektivli qələm adamları alacaq.
Amin!
Cəlil Cavanşir