Stoltenberqin özünə məxsus "sülh" təklifi... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
704 | 2024-06-13 12:19

  "NATO ölkələrini Ukraynaya fasiləsiz olaraq silah göndərməyə məcbur etməliyik"

   NATO-nun baş katibi Yens Stoltenberq, Brüsseldə keçirilən NATO Şurası- Ukrayna iclasından sonra, mətbuat konfransında bəyan edib ki, Ukraynaya silah göndərilməsi, NATO-ya üzv dövlətlərin hər biri üçün mütləq öhtəlik olmadır. 

  "Biz, könüllü göndərilənləri NATO qarşısında məcburi öhdəliyə çevirməliyik ki, iri miqyaslı və etibatlı olsun"- deyə alyansın baş katibi bildirib.

  Bir məsələ maraqlıdır ki, Türkiyə, Macarıstan kimi Alyansa üzv dölətlərin bəziləri ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində neytral mövqe tuturlar və NATO-nun baş katibi bunu bilməmiş deyil. NATO-nun nizamnaməsinə görə, üzv dövlətlərin üçüncü ölkələrin ərazilərində baş verən münaqişələrdə iştirakı könüllüdüt. Stoltenberq heç bir halda nəinki bu ölkələri  Ukraynaya silah göndərməyə məcbur edə bilməz və heç bununla bağlı onlara zorla hər hansı bir  öhtəlik  də sırıya bilməz.

  Stoltenberq qeyd edib ki, müharibə başlayandan bəri, NATO hər il Ukraunaya 40 milyard dollar dəyərində hərbi yardım göndərir.

  Belə çıxır ki, Rusiya təkcə Ukrayna hərbi qüvvələrinə qarşı deyil, daha  çox Şimali Atlantika blokuna qarşı müharibə aparır. Çünki, Kiyev hakimiyyətinin, Rusiya kimi böyük silah arsenalına qarşı uzun müddətli, sonu görünməyən müharibə apatmaq gücündə olmadığı əvvəldən də məlum  idi. 

  Bəli, Ukrayna xalqı hazırda işğalçı Rusiyaya qarşı mübarizə aparmaq məcburiyyətindədir və bu başa düşüləndir. Lakin prossesin başlama xranologiyasına baxdıqda, ABŞ və Qərbin "şirin vədlərinə" inanaraq alyansa üzv olmağa can atan Kiyev hakimiyyəti, Rusiyanın buna kəskin etiraz etməsinə rəğmən, faktiki olaraq özləri-özlərini tələyə saldılar. 

  ABŞ, on illərdi Rusiyanı çökdürüb dağıtmaq planları hazırlayırdı. İkinci Dünya müharibəsindən sonra, Avropanın şərqi, demək olar ki, tamamilə Rusiyanın nəzarəti altına keçmişdi. Hətta Avropanın göbəyində, Şimali Atlantika Blokuna qarşı "Varşava müqaviləsi" adı altında hərbi blok da yaradılmışdı. ABŞ 90- cı illərdə SSRİ dağıldıqdan sonra, ilk növbədə bu blokun dağılmasına nail oldu, sonra isə bir-bir Varşava müqaviləsinə üzv dövlətləri NATO-ya üzv qəbul etməklə Rusiyanın sərhədlərinə doğru irəliləməyə nail oldu. 

  "Sem dayının" növbəti həmləsi - Ukraynanı da, alyans tələsinə salmağa cəhd göstərməsi, Putin Rusiyasının səbr kasasını doldurdu və Moskva ənənəvi  metodunu isə salmaüla, əvvəlcə rusların daha çox məskunlaşdığı Dnepryanı və Luqansk vilayətlərini Kiyevə qarşı qaldırdı. Sonra isə rus millətindən olan vətəndaşların hüquqlarını qorumaq adı altında hərbiçilərini muzdlu əsgərlər adı altında, əslində isə seçilmiş ordusunu bu ərazilərə yerləşdirməklə işğal etdi. 

  Daha sonra, ikinci mərhələdə Krım yarmadasını Ukraynadan qoparmaqla sonu görünməyən müharibənin başlamasının təməlini qoydu. 

  Təbii ki, ABŞ-da yaranmış vəziyyətdən istifadə edərək, tərəflərin münaqişəni danışıqlar yolu ilə həll olunmasına bütün vasitələrlə mane oldu. Nəticədə Rusiya 2022-ci ilin fevral ayından başlayaraq, "xüsusi hərbi əməliyyatlar" adı altında, faktiki olaraq Ukraynaya hücum etdi və hazırda da Ukraynanın böyük bir parçasını işğal edərək, rəsmən imperiyanın ərazilərinə birləşdirdi.

  NATO-nun baş katibi Yens Stoltenberqin üzv dövlətlərin müharibə bitənədək Ukraynaya fasiləsiz hərbi yardım göstərməsi təklifinin uğur qazana biləcəyi inandırıcı görünmür. Çünki, əksər üzv dövlətlər özləri hazırda iqdisadi çətinliklər içərisindədir. Hətta alyansın aparıcı qüvvələrindən sayılan Almaniya kimi dövlətlər də, artıq hərbi yardımı davam etdirmək gücündə olmadığını dilə gətirməyə başlayıb. 

  NATO isə (əslində ABŞ) hərbi planda nüvə potensialına güvənərək hərəkət edə biləcəyinə inanır. Lakin unudulmamalıdır ki, Rusiya da, dünyada ən çox nüvə başlığına malik olan bir dövlətdir və Putinin özünün də tez-tez sevə-sevə bəyan etdiyi kimi, böyüyüb başa çatdığı "Leninqrad küçələrinin qaydalarına görə, görürsən ki, dava qaçılmazdır, birinci zərbəni sən vur" prinsipindən çıxış edərək NATO dan əvvəl ilk nüvə zərbəsini də Moskva endirə bilər...

 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV