....Elə bir adam yoxdur ki, xəstəxanaya gedib, həkimə özünü müayinə və müalicə etdirməsin! Və bizim də millət həkim o vaxt gedir ki, ya ağır vəziyyətdə olur, ya da can verir.Bax hələ də biz öz sağlamlığımız üçün yetərincə düşünmürük. Bir yerimiz ağrayanda günü- günə satırıq və gözləyirik ki, hansısa, qohumumuz bizə xəstəxanaya aparacaq...
Elə sözü çox uzatdım və kimlərinsə, babalın yudum. Görünən odur ki, bəzilərimiz elə bilirik, həkim nə qədər çox dərman yazsa, bir o qədər tez sağalarıq. Amma bu, heç də belə deyil. Çoxlu dərman yazan həkim sadəcə olaraq görür ki, ondan əl çəkmir və axırda da xəstənin istədiyi dərmanları yazır. Bəzi həkimlər isə lazım oldu- olmadı, çoxlu sayda dava- dərman yazır. Nə isə...
Bir dəfə Füzulidə tanınmış həkim Soltan Əliyevin yanında idim. Gördüm ki, xəstə ondan əl çəkmir, elə hey deyir ki, Soltan həkim, mənə çoxlu dərman yaz! Axı, Soltan həkim də savadlı , vətənpərvər insandı. O, xəstəyə dedi ki, ana sənin heç bir dərmana ehtiyacın yoxdur. Bir az meyvədən, göydən- göyərtidən yeyərsən, zəifliyin aradan qalxar. Həkimin bu sözləri xəstəni razı salmadı. Soltan həkim gördü ki, pasiyent ondan narazı gedir narahat oldu. Dedi ki, xanım, yaxşı dərman yazıram,amma Allaha and olsun sənin bu dərmanlara da ehtiyacın yoxdu. Əlaçı kəsilən həkim o xəstəyə vitaminlər toplusu yazdı. Resepti əlinə alan qadının üzü güldü və həkimin otağından razı çıxdı...
Mən dəfələrlə tibb elmlər namizədi, kardioloq Rafiq Yusiflinin də bir dost kimi yanında olmuşam. Rafiq həkimin qəbuluna gələn pasiyentlər də çoxlu dərman yazmasını xahiş edirlər. Amma Rafiq həkim öncə həmin xəstələrə hər mətləbi incəliyinə qədər izah edir və pasiyentlər də onun səmimi söhbətindən nəticə çıxarırlar. Yeni, həkim xəstəni inandıranda istər- istəməz onunla razılaşmalı olur. Rafiq həkim ən yaxşı halda pasiyentə iki- üç dərman yazar! Və bir də Rafiq həkimin xəstələri ona çox inanır. Ən azından ona görə ki, bu həkim öz xəstələrinin ürəyini fəth edib.
Bax, bu səmimiyyət görən , Rafiq həkimə , xəstələr demirlər ki, həkim, mənə çoxlu dərman yaz! Və bir də hər bir insan özünün həkimi olmalı, sağlamlığının qədrini bilməlidir!!!