Tramp husilərə görə İranı hədələyib: nəticələri çox ağır olacaq

104 | 2025-03-17 20:39

ABŞ Prezidenti Donald Tramp Yəmənin husi qiyamçılarının hücumlarının arxasında İranın olduğunu bildirib.

Adalet.az xəbər verir ki, müvafiq məlumatı Amerika lideri “Truth” sosial şəbəkəsində yayıb.

“Kiminsə sizi aldatmasına imkan verməyin! Yəməndə məskunlaşan, Yəmən xalqının nifrət etdiyi quldurlar və başkəsənlər tərəfindən həyata keçirilən yüzlərlə hücum İrandan qaynaqlanır və onun tərəfindən yaradılıb. Husilərin növbəti hücumları və ya cavab addımları daha böyük güclə qarşılanacaq və bu qüvvənin orada dayanacağına da zəmanət yoxdur”, - Tramp yazıb.

O, Vaşinqtonun husilərin bütün hücumlarına görə Tehranı məsul biləcəyini bildirib və İranı buna qarşılıq veriləcəyi ilə hədələyib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti İranın husilərin hər bir addımına diktə etdiyini, onlara silah, vəsait və yüksək texnologiyalı hərbi texnika, eləcə də kəşfiyyat məlumatları verdiyini iddia etmişdi: “Bundan sonra husilər tərəfindən açılan hər bir atəş İran silahından, İran rəhbərliyi tərəfindən açılann atəş sayılacaq və İran buna görə məsul olacaq, bunun nəticələri isə ağır olacaq”.

TƏQVİM / ARXİV