Tramp:Qrenlandiya mütləq Amerika olacaq

438 | 2025-03-30 09:20

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Qrenlandiyanı əldə etməyə nail olacaq.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.

“Biz Qrenlandiyanı əldə edəcəyik. Bəli, yüz faiz”, – o qeyd edib.

Ağ ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun bunu hərbi güc tətbiq etmədən edə biləcəyi böyük ehtimal var.

“Amma mən heç nəyi istisna etmirəm”, – Tramp əlavə edib.

TƏQVİM / ARXİV