ABŞ Suriyaya qarşı sanksiyalarını rəsmi şəkildə ləğv edib.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb.
Qeyd edək ki, Tramp mayda Yaxın Şərqə səfəri zamanı ABŞ-nin bu ölkəyə qarşı bütün sanksiyaları ləğv edəcəyini bəyan etmişdi.
Bununla belə bəzi sanksiyalar hələ də Konqres tərəfindən rəsmi olaraq ləğv edilməlidir.
Əlavə edək ki, Suriya 1979-cu ildən bu yana ABŞ-nin sanksiyaları altında idi.