
ABŞ prezidenti Donald Trampın bütün dünyaya "ticatət müharibədinə" başlamasının Birləşmiş Ştstlara da təsirsiz ötməyəcəyini qeyd etmişdik. Verilən məlumatlara görə, idxal rüsumlarının artırılması fonunda, prezident Trampla dövlət idarəçiliyində effektivlik departamentinin rəhbəri İlon Mask atasında münaüişə yarana bilər.
Göründüyü kimi, hazırda Maskla proteksionistlər bloku arasında yaranan fikir ayrılığı narazılıq yaradıb. Belə ki, biznezmen X sosisl şəbəkəsində Trampın ticarət məsələləri üzrə məsləhətçisi Piter Navvaronu, Tesla elektromobil isistehsalı ilə bağlı səsləndirdiyi sözlərinə görə, sərsəm adlandırıb.
Tramp administrasiyasının aparıcı üzvlərindən biri, milyarder İlon Maskın Ağ Evin tarif siyasəti ilə bağlı bir çox məsələlərə yenidən baxılması təklifi diqqətə alınmayıb. Milyarder Donald Trampı inandırmağa nail ola bilməyib.
İlon Maskın əl-ayağa düşmə səbəbləri məlumdur. Onun Çində qlobal biznesi var, biznesmenin istehsal etdiyi Tesla elektromobillərinin 40 faizi Şanxay avtomobil zavodunda istehsal olunur və bu da o deməkdir ki, Çinə qarşı tədbiq edilən yüksək rüsumlar ilk növbədə onun biznesinə zərbə vuracaq.
Bundan başqa, Mask, prezident Trampın komandasında olan iqtisadçıların çoxundan yaxşı bilir ki, dünya ticarəti necə işləyir, ona görə də, onların üstünə gedir.
Bu gedişlə, amerikan liderinin prezident seçilməsində aktivliyi ilə seçilən İLon Maskla Donald Tramp arasında ayrılıq yarana bilər.
ABŞ və Çin arasında rüsumların qarşılıqlı artırılması ilə bağlı qarşıdurma, dünya iqtisadiyatının iki bloka ayrılması təhlükəsi yaradır. Bu barədə, beynəlxalq ticarət təşkilatının baş direktoru Nqozi Okondjo-İveala bəyan edib və bildirib ki, dünya iütisadiyatının iki cəbhəyə bölünməsi qlobal ixtisarlara səbəb olacaq.
Okonjo-İveala qeyd edib ki, tariflərin neqativ nəticələri təkcə ABŞ və Çinə deyil, eyni zamanda digər ölkələrin də, xüsusiylə də inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi təsir göstərəcək.
Görünən odur ki, ABŞ prezidentinin hələki geri addım atmaq fikiri yoxdur. Donald Tramp, hələ də əsas rəqibi Çin Xalq Respublikası və Avropa İttifaqı ilə müəyyən razılığa gələ biləcəyinə ümid edir. Lakin nə ÇXR-sı, nə də Avropa İttifaqı nəinki onun ümidlərini doğrultmurlar, əksinə rüsumların artırılması ilə bağlı cavab tədbirləri göstərəcəklərini bəyan edirlər. Bu isə ABŞ prezidentini daha da qəzəbləndirir.
"Bu dünya yalnız mənim istədiyim kimi idarə olunmalır". "Tarifləri yalnız mən qaldıra bilərəm". "Qarşılıq verən ölkələr ümumi qaydaları pozur". "Yeni dünya düzümünü mən müəyyən etməliyəm" düşüncəsiylə meydana atılan Donald Tramp, artıq qarşısında "itaətsizlik" göstərən Çin və Avropa İttifaqı ölkələrini görür.
Daha bir hegemon dpvlət - Rusiyanın başı üç ildən çoxdur başladığı Ukrayna müharibəsinə qarışdığı üçün hələ ki, dünyada baş verən qlobal hadisələrə çiddi şəkildə qoşula bilmir.