"Operasiya Z: Voekorı Russkiy Vesnı" Telegram-kanalı bildirir ki, Ukraynanın silahlı qüvvələri ötən axşamdan başlayaraq Kursk vilayəti ərazilərinə "Ştorm Şhadow" raketləriylə kütləvi zərbələr endirib. Xatırladırıq ki, elə dünən, noyabrın 20-də məlum olub ki, ABŞ Ukraynaya bu tip raketlərlə Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirməyə icazə verib.
Verilən məlumatlara görə, Ukrayna tərəfi, Marino yaşayış mənyəqəsi istqamətinə 12 raket atıb.
Nəzərə alınsa ki, bu günlərdə Rusita prezidenti Vladimir Putin ölkəsinin nüvə doktrinasının yenilənmiş sənədini imzalayıb və bu sənədə görə, Rusiya əraziləri kütləvi raket zərbələrinə mətuz qalarsa, bu hücumların qarşısının alınması üçün taktiki nüvə silahlarından istifadə edə bilər.e
Rusiyanın təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedevin fikirincə, yenilənmiş nüvə doktrinası imkan verir ki, Kiyevə və onu Rusiya ərazilərinin vurulması üçün qərb silahları ilə təhciz edən NATO-nun hərbi obyektlərinə qarşı taktiki nüvə silahlarından istifadə etsin. "Bu isə artıq WWlll-ün (Üçüncü Dünya müharibəsinin) başlanması deməkdir"- deyə Medvedev bəyan edib...
Məlum olduğuna görə, NATO-nun Avropada, xüsusiylə Rusiya sərhədlətinə yaxın ərazilərində yüzlərlə (bəlkədə daha çox) hərbi bazaları və hərbi obytktləri yerləşdirilib. Kreml bu bazaları və obyektləri həqiqətən vurmağa, xüsusiylədə Rusiyanın təhkükəsizlik şurasının sədr müavini Dmitri Medvedevin təsdiq etdiyi kimi, taktiki nüvə silahları ilə vurmasının hansı nəticələrə gətirib çıxara biləcəyini təsəvvür etmək o qədər də çətin deyi...