"Ukrayna çətin durumdadır" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
645 | 2024-09-05 10:08

 ABŞ  Ukrayna müharibəsin bitəcəyi müddəti açıqladı

 Rusiya- Ukrayna münaqişəsi başlayan gündən bəri Qərb və Rusiyanın siyasi xadimləri, analitikləri, polotoloqları, hərbi ekspertləri və nəhayət kütləvi informasiya vasitələri bu müharibənin nə zaman bitəcəyi barədə müxtəlif proqnozlar verirlər. Kimlərsə Ukraynanın, kimlərsə Rusiyanın məğlub duruma düşəcəyini bəyan edir. Söylənilən proqnozlar hələki özünü doğrultmur,  iki qardaş xalq arasında qanlı müharibə isə davam edir.

  YouTube-nin  Judging Freedom kanalına müsahibə verən ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin keçmiş analitiki Larri Conson bəysn edib ki, Ukraynanın hərbi silshlı qüvvələri çox çətin durumdadır bə çətin ki, 2024-cü ilin sonunadək davam gətirə biləcək.

 Consonun sözlərinə görə, Ukrayna hərbi qüvvələri cəbhəfə bəziyyəti öz xeyirlərinə dəyişmək iqtidarında deyil. O, ukrayna ordusunun itkilərini fəlakət kimi qüymətləndirərək, əlavə edib ki, USQ-i bütün idtiqamətlərdə Rusiya orduduna uduzur.

  ABŞ və NATO isə, hələ də inanır ki, Ukrayna Rusiya ərazilərinə hücumlar təşkil etməklə Rusiyanı danışıqlara məcbur edə biləcəkdir. 

  Rusiya tətəfi isə, bunun tam əksini düşünür və Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumlarından sonra, sülh danışıqları mövzusunun qapandığını, ən azından danışıqlara başlamaq vaxtı olmadığını bəyan edir.

 Avropa İttifaqının Ukraynaya hərbi , maliyyə yardımlarının artırılması və yeni antirusiya sanksiyaları hazırlanması ilə bağlı qərarlar verməsi fonunda müharibənin 2024-cü ilin sonunadək bitəcəyi inandlrlcı görünmür. Eyni zamanda müharibənin dayandırılması, üzdə sülh danışıülarından dəm vuran, əslində isə, bu müharibənin Rusiyanı çokdürəcəyinə inamını itirməyən ABŞ-ın da planlarına daxil deyil.

 

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV