Ukrayna ilə bağlı razılaşmanı mən imzalamalı deyiləm - Tramp

525 | 2025-08-16 00:16

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üzrə razılaşma üçün zəmin yaratmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, onun sözlərinə görə, yekun razılaşma Moskva və Kiyev tərəfindən təsdiqlənməlidir:
“Ukrayna ilə bağlı razılaşmanı mən imzalamalı deyiləm, amma şübhəsiz ki, belə bir razılaşma üçün danışıqlara zəmin yarada bilərəm”, – deyə Tramp “Fox News” telekanalına, Vaşinqtondan Alyaskanıın Ankoric şəhərinə gedərkən təyyarədə verdiyi müsahibədə bildirib.

TƏQVİM / ARXİV