
Tramp "bir güllə ilə iki hədəfi" vurmaq istəyir
Xəbər verildiyi kimi, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında Ukrayna münaqişəsi müzakirə olunacaq. Bu görüşdə Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezidrntin köməkçisi Yuri Uşakov, Amerika tərəfini dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Mayk Uolts və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff təmsil edəcəklər.
Göründüyü kimi Ukraynanın taleyi Ukraynasız həll olunur. Maraqlıdır ki, Ukrayna tərəfinin bu görüşdə iştirskına lüzum görülməyib.
Düzdür, ABŞ prezidenti bəyan edib ki, Zelenskinin danışıqlarda iştirakı gözlənilir, lakin bunun hansı səlahiyyətlər çərçivəsində baş tutacağı barədə heç bir açıqlama verməyib.
Ukrayna prezidenti isə, öz növbəsində bəyan edib ki, Birləşmiş Ştatlar və Rusiya arasında qəbul edilmiş istənilən qərarlar, rəsmi Kiyev tərəfindən qəbul edilməyəcək.
Böyük Britaniyanın baş naziri Kir Starmer Trampı əmin etmək istəyir ki, Ukraynanın tərəfini saxlasın və hərbi dəstəyini davam etdirsin. Baş nazir avropa dövlət liderləriylə görüşdə göstərmək istəyir ki, Böyük Britaniya ABŞ-a təsir etmək iqtidarındadır.
Göründüyü kimi, Ukrayna münaqişəsini tezliklə həll etmək istəyində olan Donald Tramp üçün bu heç də asan olmayacaq. Blombergin məlumatına görə, avropalı məmurlar Ukraynaya kömək məqsədiylə müdafiə xərclərini artırmaq üçün, yeni böyük paket hazırlayırlar.
Trampın son günlər Ukrayna ilə bağlı qəbul etdiyi qərarlar avtopalı məmurlar arasında çaşqınlıq yaradıb. Baxmayaraq ki, başgicəlləndirici bir neçə ağır keçən gündən sonra, özlərini toplamağa çalışan Təhlekəsizlik üzrə Münhen konfransının nümayəndələri sakit olmağa çalışırlar,lakin onların arasında inamsızlıq və yüngül panika yaşanması özünü açıq şəkilfə göstərməkdədir.
Onlar, Donald Tramla, Vladimir Putin arasında sülh razılaşması bağlanacağı təqdirdə, ABŞ-ın Ukraynaya hərbi dəstəyi dayandıracağından ehtiyat edirlər. Bu razılaşma ilk növbədə Kiyevin və ümumilikdə Avropanın təhlükəsizliyinə zərbə vura bilər.
ABŞ prezidentinin bu hərəkətləri eks-prezident Co Baydenin Qərblə bağlı uzun illər apardığı siyasəti heçə endirə bilər. Baydenin avropa hegemonları ilə birgə Putini sıxışdırmaq, sülh danışıqlarına yalnız Ukraynanın daha güclü mövqe tutmasından sonra başlamaq planlarının üstündən xətt çəkmiş olacaq.
Tramp isə, yeni komandası ilə birlikdə, "bir güllə ilə iki hədəfi" vürmaq niyyətindədir. Ukraynanı qurban verməklə müharibəni sonlandırmaq, Putinin əlini möhkəmləndirməklə, Avropalı "tərəfdaşlarını" daha çox ABŞ-dan asılı vəziyyətə salmaq. Donald Trampın bu planları baş tutacaqmı? Zaman göstərər...