adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Valideynlər yazıq deyilmi? - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
1831 | 2023-03-11 10:09

Alayarımçıq , amma bir rəsmi xəbəri nəzərinizə çatdırırıq: Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elnur Ələsgər oğlu Məhərrəmov odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, təxliyə olunarkən yolda həyatını itirib. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir".

1. Əsgər Elnur Məhərrəmov niyə güllələnib və kim güllələyib?

2. Əsgər Elnur Məhərrəmova ilk tibbi yardım olunubmu yoxsa ilk tibbi yardım edilmədənmi təxliyyə edilib?

3. Əsgər ölümləri nə vaxt bitəcək? Valideynlərə yazıq deyilmi?

Yeri gəlmişkən 2022-ci ilin 2 martında Laçında itkin düşmüş Azərbaycan Ordusunun həqiqi hərbi xidmətdə olan əsgərləri Fərid Məmmədovun və Firdovsi Abdullayevin "ölüsü ya dirisi" nə vaxt tapılıb valideynlərinə veriləcək?

Xatırladım ki, İtkin düşən əsgər Fərid Məmmədovun anası fəryad edir:”1 ildir bala yolu gözləyirəm , balamı verin! Həm də sizə necə sağ-salamat vermişəm, elə də sağ –salamat verin!!”

TƏQVİM / ARXİV