Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanıldı - YENİLƏNİB + VİDEO

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcı saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi cinayət işi başlanılıb
***
Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən bildirilib.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, - deyə qurumdan bildirilib.
***
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.
“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb:
“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb:
“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.