Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbul müddəti bu gün 23:59-da yekunlaşacaq.
Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib.
Məlumata görə, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak ediblər.
Ərizə qəbulundə iştirak edənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Qeyd edək ki, ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumatla elanın geniş mətnində tanış ola bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.
Xatırladaq ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər bu gün saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir

Serdar Gündoğan: Türkiyədə 27 min azərbaycanlı tələbə təhsil alır
