Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir

Azərbaycan və Qazaxıstan təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməlidir.
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair dəyirmi masada bildirib.
"Bizim və Qazaxıstan universitetləri üçün uzunmüddətli əməkdaşlıq, bilik mübadiləsi vacibdir", - o qeyd edib.
E.Əmrullayev bildirib ki, bu gün çox sayda sənəd imzalanacaq. Nazir, universitetləri əməkdaşlığa çağırıb: "Hesab edirəm ki, bu məsələdə bizim baxışlarımız qazaxıstanlı həmkarlarımızın mövqeyi ilə üst-üstə düşür. Əməkdaşlıq və kooperasiya ölkələrimizin xeyrinə olacaq".
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Serdar Gündoğan: Türkiyədə 27 min azərbaycanlı tələbə təhsil alır
