Serdar Gündoğan: Türkiyədə 27 min azərbaycanlı tələbə təhsil alır

Türkiyədə təhsil alan 136 min xarici tələbədən 27 minini azərbaycanlı tələbələr təşkil edir.
Adalet.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Serdar Gündoğan Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panel toplantısında bildirib.
Onun sözlərinə görə, xarici tələbələrdən 20 mini Türkiyə dövlətindən təqaüd alırlar:
“Türkiyə Maarif Vəqfi 56 ölkədə fəaliyyət göstərir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrin gənclərini heç bir qarşılıq gözləmədən təhsillə təmin edir. Bu gün Türkiyə Maarif Vəqfi 70 min tələbə ilə dünyanın təhsil brendinə çevrilib”.
Digər Xəbərlər

Mehriban Əliyeva məktəbdə təmir işləri ilə tanış oldu - FOTOLAR

Daha 65 nəfərin diplomu tanınmadı

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanı keçiriləcək

Buraxılış imtahanı keçiriləcək - Bu tarixdə

IX sinif şagirdlərinin yerdəyişməsi bu gün başa çatır

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bu gün başa çatır

Nazir: Azərbaycan və Qazaxıstan təhsil sahəsində əməkdaşlığı genişləndirməlidir
