Azad edilmiş ərazilər üzrə idxal üçün sənəd icazələr siyahısına daxil edilir

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxil edilir.
Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi

Baş nazir qəzalı binalarla bağlı tapşırıqlar verdi

Rövşən Rzayev vətəndaşların suallarını cavablandırdı - FOTOLAR

Mehriban Əliyeva Ağdərədən İlaxır çərşənbəsi ilə bağlı paylaşım etdi

Türk jurnalist "Göy Məscidi"i və İrəvanı türk tarixi adlandırdı:Snell qəzəbləndi

DTX ordu ilə bağlı videoları yayan şəxsi istintaqa cəlb etdi

Mediasiya prosesinin başlanması ilə qayda dəyişir
