Azərbaycan Duz İstehsalat Birliyi beynəlxalq sertifikatlara sahibdir

Azərbaycan Duz İstehsalat Birliyinin məhsulları “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edilir. Adı çəkilən markalar İtaliya, Almaniya, Türkiyə kimi ölkələrdən gətirilmiş ən son texnoloji avadanlıqlar ilə təchiz edilən Masazır Duz Zavodunda istehsal olunur və qablaşdırılır. Məhsullar ölkədaxili tələbatı ödəməklə yanaşı Rusiya, Qazaxıstan, Gürcüstan, və digər ölkələrə də ixrac olunur.
İstifadəyə verildiyi ilk gündən daim yenilik və tərəqqi axtarışında olan, eləcə də yeni sistem və layihələr üzərində çalışan Azərbaycan Duz İstehsalat Birliyi bir çox beynəlxalq sertifikatlara layiq görülüb. TS EN ISO 9001-2015, Uyğunluq Sertifikatı, Gigiyenik Sertifikat, Kosher və digər sertifikatların adını qeyd etmək olar.
Həmçinin müəssisə fəaliyyətə başladığı gündən etibarən daim ətraf kəndlərdə yaşayan aztəminatlı ailələrə dəstək və yardım göstərməkdədir.
Digər Xəbərlər

Qiyamət tarixi açıqlandı: Türkiyə səhraya çevriləcək

Mollalar cəhaləti təbliğ eləyir...

Dünyanın 24 super-milyarderi:1-ci yerdə Maskdır

Dünyada super milyarder olan insanların sayı açıqlandı

Çin şirkətindən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Terrorçu daşnak, qatil "Tayqulaq" Andranikin "doğum günü"nə...

Göygöl DONDU - Turizm marşrutları məhdudlaşdırıldı - VİDEO
