Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Adalet.az xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq.
Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.
Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Digər Xəbərlər

On bir gün gücləndirilmiş rejimdə işləyəcəklər - Faiq QİSMƏTOĞLU yazır

Prezidentdən AMEA ilə bağlı SƏRƏNCAM

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK ETDİ

Xankəndidə həbsxana tipli zirzəmi aşkarlandı - FOTOLAR

8 marşrut xəttinin fəaliyyəti bərpa edildi

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
