Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi - FOTOLAR

Baş nazir Əli Əsədov yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib.
Nazirlər Kabinetindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib. Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.
Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.
Digər Xəbərlər

Ramazanın 7-ci günü: Dua, imsak və iftar vaxtı

90 manata iftar süfrəsi olarmı?!

Mehriban Əliyeva Gəncədə körpələr evində oldu - FOTOLAR

Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahandan keçid balı yığa bilmədi

"28 May" stansiyasında qatarda nasazlıq baş verdi

“2025-ci il İslam dünyası Belçika Krallığı və Avropada” adlı beynəlxalq konfrans başladı - FOTOLAR

Baş nazirdən QƏRAR - müddət uzadıldı
