"Ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir" - Deputat

“Aparılan auditlər göstərir ki, ən çox nöqsanlar büdcə qanunvericiliyi və satınalmalar üzərindədir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
“Bu nöqsanlar 10 il bundan qabaq da, 5 il bundan əvvəl də və 2024-cü ildə də belədir. Niyə kifayət qədər tövsiyyələr qəbul olunur, amma bu sahədə keyfiyyət nöqteyi-nəzərdən qiymətləndiriləndə o qədər də dəyişiklik görünmür. Artıq satınalmalarla bağlı qanun qəbul olunub. Bu qanunun qəbul olunması ilə əlaqədar nə qədər faktlar sadalanıb. Bu, açıq şəkildə göstərir ki, qanun qəbul olunub, amma onun reallaşması mexanizmi yetərli səviyyədə olmadığı üçün həmin çatışmazlıqlar kifayət qədərdir”, - deyə deputat bildirib.
Digər Xəbərlər

Ələt-Astara dəmir yolu xəttinin tikintisi nə vaxt tamamlanacaq?

Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı

Nağdsız ödənişlərə maraq yüksəlib

Gələn il üzrə neftin büdcədə qiyməti açıqlanıb

2026-2029-cu illərdə manatın məzənnəsi sabit qalacaq - RƏSMİ

"Ayrı-ayrı qurumlarda eyni vəzifəni daşıyan şəxslərin əməkhaqqında ciddi fərq var" - Palata sədri

Palata sədrindən deputata cavab: "Bu il də belə olacaq"
