Kanadanın Baş naziri parlamenti buraxacaq

Kanadanın baş naziri Mark Karni bazar günü baş qubernatordan parlamenti buraxmağı və seçki kampaniyasına rəsmən başlamağı xahiş etməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CBC telekanalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Kanada qanunlarına əsasən seçki kampaniyasının minimum müddəti 37 gün olduğu üçün seçkilər aprelin 28-də baş tutacaq. Qanunda səsvermənin bazar ertəsi keçirilməli olduğu, təşviqat müddətinin 37 gündən 51 günə qədər davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, martın 14-də İngiltərə Bankının keçmiş qubernatoru Mark Karni rəsmi olaraq Kanadanın Baş naziri kimi and içib.
Digər Xəbərlər

Ursula fon der Lyayen Kiyevə yardım edir

Ermənistan XİN: Aİ təhlükəsizlik sahəsində İrəvanın mühüm tərəfdaşına çevrilir

Hakan Fidan ABŞ-yə səfər edəcək

Ukrayna Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib

Peskov: Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq

"Kifayət qədər faydalıdır" - Zelenskidən danışıqlarla bağlı AÇIQLAMA

Roma Papası Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb
