Paşinyan sülh sazişinin mətninin açıqlanacağı vaxtı bəyan etdi

Ermənistanın baş Naziri Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinin mətninin nə vaxt açıqlanacağından danışıb.
Adalet.az xəbər verir ki, Paşinyan İctimai Televiziyada deyib ki, sülh sazişinin mətni yalnız müqavilə imzalanandan sonra ictimaiyyətə açıqlanacaq.
“Biz bu sənədi Azərbaycanla ictimailəşdirmək imkanını müzakirə edirik, çünki biz onu imzalamağı təklif edirik. Biz onu imzalayan kimi ictimaiyyətə açıqlanacaq”.
Paşinyan erməni ictimaiyyətini əmin edib ki, müqavilə faydalı sənəddir.
"Əgər indi həm Ermənistan, həm də Azərbaycan danışıqları razılaşdırılmış mətnlə yekunlaşdırıbsa, deməli həm Ermənistan, həm də Azərbaycan bunu özləri üçün faydalı sənəd hesab edir", - Paşinyan bildirib.
Digər Xəbərlər

Ukrayna Rusiyanın Belqorod vilayətinin kəndini ələ keçirib

Peskov: Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq

"Kifayət qədər faydalıdır" - Zelenskidən danışıqlarla bağlı AÇIQLAMA

Roma Papası Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb

Vulin: Serbiyada etirazlar yaxın günlərdə daha radikal hal ala bilər

Xersonda Rusiya ordusunun bölüyü məhv edildi

Qəzzada 50 mindən çox fələstininli öldürülüb
