03 May 2025 12:21
425
KRİMİNAL

Polis Sarayda əməliyyatlar keçirdi -Saxlanılanlar var - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.

Adalet.az xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 10 nəfər saxlanılıb, “isti izlərlə” 6 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq, dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslər müəyyən olunub və xırda xuliqanlıqla əlaqədar 23 fakt aşkarlanıb.

Həmçinin, əhali arasında aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan 21 ədəd silah-sursat könüllü polisə təhvil verilib.