Silah-sursat daşıyan və narkotik vasitənin təsirində olan "BMW" sürücüsü tutuldu

Avtomobilində qanunsuz silah-sursat daşıyan və narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, ötən gün saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda “BMW” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.
Sürücü, əvvəllər məhkum olunmuş 34 yaşlı R. Allahverdiyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və bıçaq da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Digər Xəbərlər

Polis Sarayda əməliyyatlar keçirdi - Saxlanılanlar var - VİDEO

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

Qəbələdə 37 yaşlı kişi intihar etdi

Kartlardan daha 14 min manat oğurlandı

Sabiq məmurun nəvəsi keçmiş sevgilisinin evinə hücum edib? - DİN-dən açıqlama - VİDEO

İşxanyan və qardaşının Qaradağlıda azərbaycanlıları öldürdüyünü sübut edən sənəd tədqiq olundu

DSX Xəzərdə əməliyyat keçirdi - Bir nəfər zərərsizləşdirildi - VİDEO
