QAÇQIN HƏYATI
Gətirdi dağlardan arana məni
İçimi bürüdu həsrətin nəmi
Gündüz kimi açdım neçə gecəni
Ömrümü qaraltdı qaçqın həyati
Şimşək tək saçırdı mərmi yönümdə
Canlar qeyb olurdu gözüm önundə
Acılar görürdüm ötən günümdə
Ömrümü qocaltdı qaçqın həyatı
Canımı bürüdü qorxu təlaş
Hər gözdə hər üzdə axırdı qan yaş
Kədər qüssə idi günümə sirdaş
İnamı azaltdı qaçqın həyatı
Qaçqın tək yaşamaq yamandı yaman
Qəlbimdə sızladı naləli kaman
Unutmaram o anları heç zaman
Əzablar yaşatdı qaçqın həyatı
Seçmişik hərəmiz bir yeri məskən
Aydınlıq günlərdə sanki duman çən
Qamətlər büküldü dərddən kədərdən
Saçları ağartdı qaçın həyatı
Qərib olduq əzab çekdik aramsız
Nə qədər suallar qaldı cavabsız
Məndə boya çatdım doğma ağdamsız
Həyati anlatdı qaçqın həyatı.
Şölə ZƏNGƏZURLU
Digər Xəbərlər
04 Dekabr 2024 11:00