25 Noyabr 2024 07:31
744
ƏDƏBİYYAT

Heç belədə dostluq olar?

Zəng edirəm,cavab yoxdu.

Belə işlər qəlbə oxdu.

O,məni yandırdı,yaxdı.

Heç belədə dostluq olar?

******

Qarşındakı yanır bəlkə,

Bəlkədə düşübdü bərkə,

Yarasına tökür sirkə,

Heç belədə dostluq olar?

******

Hər bir insan belə etsə,

Bir-birinə əks getsə,

Əsəb vurub qəlbi didsə,

Heç belədə dostluq olar?

******

Belə işlər sığmaz elə,

Gözdəki yaş gilə-gilə,

Axıb dönəcəkdi selə.

Heç belədə dostluq olar?

******

Edirəm sizə nəsihət,

Olmasın belə əziyyət,

Cavab verin,bitsin həsrət.

Heç belədə dostluq olar?

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.