24 Noyabr 2024 11:33
716
ƏDƏBİYYAT

ZİYALILAR DİYARISAN ZƏNGƏZUR

Sənə məhəbbətim hər şeydən əziz
Qəlbimdə coşan bir dənizdir    dəniz
Neçə illəri mən keçirtdim sənsiz
Ziyalılar diyarısan zəngəzur

 

Elə sərvət var səndə Olmayan
Əzəldən hünərdən yoğrulmuş mayan
Elə bir gunəşsən şölən nur yayan
Ziyalılar diyarisan zəngəzur

Hər qarış torpagın mənə əzizdi
Dagların dumanlı suyun təmizdi
Sənə vurgunlugum bilki hədsizdi
 Ziyalilar diyarisan zengəzur


Göz oxşayır dağı düzü çəməni
Bərərkətdi dərələri  düzəni
Babamin obası eli məskəni
Ziyalılar diyarısan zəngəzur

 Əmanetdir torpaqlarin babamdan
Qorusun yurdumu ulu yaradan
Adına sevgimdi məni yaşadan
Ziyalılar diyarısan zəngəzur.

Şölə ZƏNGƏZURLU