3- 5 qəpiyi qəbul etmirlər

Dəfələrlə Bakıda belə hadisə ilə üzləşmişəm.
Gedirsən hər hansı bir yerə 3 qəpik, 5 qəpik verəndə götürmürlər. Yanvarın 25-də " 20 yanvar" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən tualetdə bir kişinin verdiyi 4 ədəd beş qəpiyi xidmətçi götürmürdü.
Deyirdi ki, müdirimiz tapşırıb ki, 3-5 qəpikləri göturməyək. Ancaq bu dəfə daş qayaya rast gəlmişdi. Müştəri bildirdi ki, verdiyim pul Azərbaycan puludur, hüququnuz yoxdur ki, onu qəbul etməyəsiniz. Axır ki, müştərinin israrlı tələbindən sonra xidmətçi donquldana- donquldana pulu götürdü. Çox qəribədir, nə üçün bəzi yerlərdə Azərbaycanın 3- 5 qəpiyini götürmək istəmirlər.
Bu Azərbaycan puluna hörmətsizlik olmaqla yanaşı, həm də birmənalı olaraq qanun pozuntusudur. Qanunlara əməl etmək isə hamının borcudur!
Emil Faiqoğlu
Digər Xəbərlər

Qiyamət tarixi açıqlandı: Türkiyə səhraya çevriləcək

Mollalar cəhaləti təbliğ eləyir...

Dünyanın 24 super-milyarderi:1-ci yerdə Maskdır

Dünyada super milyarder olan insanların sayı açıqlandı

Çin şirkətindən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Terrorçu daşnak, qatil "Tayqulaq" Andranikin "doğum günü"nə...

Göygöl DONDU - Turizm marşrutları məhdudlaşdırıldı - VİDEO
