Trampın sülh planı ilə bağlı təklifləri... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
185 | 2024-12-04 09:43

Amerikan parlamentinin The Hill  qəzeti bu günlərdə, Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqun planını dərc edib.Trampın gələcək məsləhətçisi, münaqişənin həlli ilə bağlı ideyalarını "Ən əsası Amerikadır" institutu üçün hazırladığı məqaləsində qeyd edib.

 KELLOQ UKRAYNA MÜHARİBƏSİNİ NECƏ DAYANDIRMAQ İSTƏYİR?

Ağ Evin gələcək rəsmi nümayəndəsi, hazlrki prezident Co Baydenin "Nə qədər lazımdırsa, o qədər Kiyevə kömək edəcəyik" yanaşmasını tənqid edərək, bu münasibətin yalnlz Ukrayna-Rusiya münaqişəsinin uzanmasına xidmət etdiyini bildirir.  Kelloq, Vaşinqtinona regionda öz maraqlarını qorumaq baxımlndan Trampın tutduğu mövqeylə hərəkət etməyi məsləhət görür. Trampın tutduğu yeni siyasi mövqeyinə görə, ilk növbədə amerikan xalqının maraqları nəzərə alınmaqla, ABŞ-ın hərbi münaqişələrə xərclədiyi vəsait minimum həddə endirilməlidir, əsas diqqət daxili problemlərin həllinə yönəlməlidir.

Xüsusi elçi Rusiya və Ukraynanı danışıqlar masasına dəvət etmək üçün, ilk növbədə hər iki tərəfə şərtlərini açıqlayacaq. Bu şərtlərə, Rusiya  tərəfinin işğal etdiyi Ukrayna  ərazilərdən çıxarılması daxil deyil. Kelloqa, təklif edir ki, əgər Ukrayna RF-sı ilə danışıqlardan imtina edərsə, onda Kiyevə hərbi yardım göstərilməsi dayandırılsın. Bununla yanaşı o, bildirir ki,  onsuzda Moskvanın işğal etdiyi əraziləri öz yurikdisiyasına salması Beynəlxalq səviyyədə tanınmayacaq. 

Trampın xüsusi elçisi, Rusiyaya edəcəyi təkliflərdən biri də, antirusiya sanksiyalarının yumşaldılması və tədricən ABŞ -Rusiya münasibətlərinin normallaşdırılmasıdır. Normal atmosferin yaradılmasl üçün, edilən təkliflərdən biri də, Qərbin prezident Vladimir Putunə qarşı sərt mövqe tutmasına və onu  təqib etməsinə son qoyulmasından ibarətdır. Kelloqa əmindir ki, bu danışıqlar prossesinə kömək edə bilər.

Kelloqanın Moskvanı da,  danışıqlar masasına oturmağa məcbur etmək  üçün planları var. Bunlardan biri, Rusiyanın xaricə satdığlı enerji daşıyıcılarından əldə etdiyi gəlirlərə yeni sanksiyalar tədbiq olumaqla, bir hissəsinin  Ukraynanın bərpasına yönəldiləcəyi ilə bağlı təhdidlərdir. 

SÜLH  PLANINDA   NATO-nun ROLU NƏDƏN İBARƏT OLMALIDIR? 

Trampın xüsusi elçisinin fikirincə,  Putini sülh danışıqlarına inandırmaq üçün, "Ukraynanın NATO-ya qəbul olunması məsələsi, üzv dövlət liderlərinin liderlərinin də razılığı ilə uzun müddətə dayandırılmalıdır". 

UKRAYNA VƏ RUSİYA TƏKLİFLƏRƏ CİDDİ YANAŞMIRLAR

Daha əvvəldə qeyd etmişdik ki, ABŞ-ın yeni seçilmiş prezidentinin təklif edəcəyi sülh proqramını münaqişə tərəflərini qane etməyəcək. Ukrayna bu təklifləri qəbul etsə, ərazilərinin böyük hissəsini itirməklə  faktiki olaraq məğlub duruma düşəcək.   Moskva isə, əslində  qalib  görünsə də,  yenə də bu planla razılaşmayaraq daha çoxunu - işğal etdikləri ərazilərin beynəlxalq hüquqla Rusiya ərsziləri kimi tanınmasını, Ukraynanın ümumiyyətlə NATO-dan imtuna etməsini istəyəcək. 

Görünən odur ki, münaqişə tərəfləri hələ ki,  Trampın sülh təkliflərini ciddiyə almırlar, yumşaq desək  soyuq münasibət göstərirlər. Ukrayna prezidenti Volodimir Zelenski, Bayden administrasiyasının son 650 milyon dollarlıq hərbi dəstək verəcəyi vədlərindən  "qaza gələrək" müharibəni sona qədər davam etdirəcəyini bəyan edir.

Rusiya tərəfi isə, hələlik ictimai  palatanın komitə sədri Vladimir Poqovun sözləri ilə reaksiya verir. Komitə sədri, xüsusi elçi,  general Kelloqaya "ciddi hərbiçi kimi" Vyetnam müharibəsini xatırladıb və Rusiya-Ukrayna münaqişəsinə də, o vaxtkı  taktika ilə yanaşmağı  məsləhət görüb.

Beləliklə, general Kelloqanın sülh planının danışıqlara başlanması üçün kifayət etməyəcəyi aydın görünür. Daha əvvəllər də dediyimiz kimi, Tramp administrasiyası sülh danışıqlarına başlanması üçün  "B" planı hazırlamalı  və hətta "C", "D" planları hazırlamaq üzərundə də işlər aparmalıdır.

 

TƏQVİM / ARXİV